"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
KONKRET.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. Daha sonra "köhlən atlar" təşəbbüsü ələ alıb. 13-cü dəqiqədə Kadi Borgesin zərbəsindən sonra top qapının yanından keçib. Ardınca Marko Veşoviç və Qara Qarayevin zərbələrində dəqiqlik çatmayıb.
23-cü dəqiqədə Pirey təmsilçisinin heyətində Andreas-Rixardos Ntoi fərqlənməyə yaxın olsa da, çərçivəyə düşə bilməyib. 38-ci dəqiqədə qonaqların hücumçusu Abubakar Kamaranın qapı önünə asmasından sonra top dirəyə dəyib. 44-cü dəqiqədə Pyer Kundenin fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.
"Qarabağ" ikinci yarıya da daha fəal başlayıb və topa nəzarət edən tərəf olub. "Olimpiakos" ara-sıra hücumlar yaratsa da, istəyinə çata bilməyib. İlk hissənin əvvəlində ayağından zədə alan Kadi Borges 62-ci dəqiqədə Filip Ozobiçlə əvəzlənib. 5 dəqiqə sonra Qara Qarayevin uzaq məsafədən zərbəsi dəqiq alınmayıb. Ozobiç 71-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, şansı boşa verib. "Köhlən atlar" oyunun sonlarına yaxın hücumlarının kəsərini artırsa da, rəqib qapısına yol tapa bilməyib.
Beləliklə, rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-offunda iştirakı təmin edib.
Qrupun digər görüşündə Almaniya "Frayburq"u Fransada "Nant"a qalib gəlib – 4:0. 12 xala malik Bundesliqa təmsilçisi ən azı ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü, "Olimpiakos" 1 xalla sonuncu pillədədir.
21:41
Bakıda "Qarabağ" və "Olimpiakos" klubları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.
KONKRET.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
20:45
Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
KONKRET.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstan "Olimpiakos" klubunu qəbul edir.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

İdman       Tarix: 14 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı

Cebrail Makreçkisi "Qarabağ"a satan "Ferentsvaroş" Nabi Keyta ilə bağlı yekun qərarını verib. xəbər verir ki, Macarıstan nəhəngi qvineyalı ulduzunu "köhlən atlar"a satmaqdan imtina edib. Premye

DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO

ABŞ-li aktyor Tom Kruz 2026-cı il futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.  FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 19-da, turnirin final matçından əvvəl Nyu-Cersidəki "Metlayf"

65 saniyəyə uduzan Makqreqordan çağırış

Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı idmançı Konor Makqreqor ABŞ-li Maks Holloueylə baş tutan qarşılaşmasının ləğv edilərək baş tutmamış hesab olunması üçün çağırış edib. xəbər verir ki, döyüşçü b

Beşiktaş Salahla razılaşdı - Müqavilənin təfərrüatı

Beşiktaş "Liverpul"la müqaviləsi başa çatan Mohamed Salah ilə anlaşma əldə edib. Transferin rəsmiləşməsi gözlənilir. xəbər verir ki, Beşiktaş "Liverpul"dan ayrılan 34 yaşlı misirli ulduz Mohamed Sala

DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq. bildirir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxt

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) – "Qarabağ" görüşü baş tutub. . KONKRET.azxəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağda

DÇ-də final matçı təxirə salına bilər

İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər. KONKRET. -a istinadla xəbər verir ki, qatı tüstü Kanadanı

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Didye Deşam Fransa millisinin baş məşqçisi vəzifəsindən gedir. . "Unikal"a istinadən xəbər verir ki, onun komanda ilə son oyunu 2026-cı il dünya çempionatında 3-cü və 4-cü yerlər uğrunda matç olacaq. Məlumata görə

Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib. Azərtac-a istinadən xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqın


yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri beynelxalq bank mezenne ən son xəbərlər bugün xeberler az