Qarabağ "səndə-məndə"si və ya SÜLHƏ ŞÜBHƏ salanlar - AÇIQ SÖHBƏT

Qarabağ Qarabağ ətrafında 2020-ci ilin sonunda çözülməkdə olan düyünü elə dolaşığa salıblar ki, məsələnin sonunda işıq görünmür. Ya da sonu nəzərə çarpmır.
KONKRET.azxəbər verir ki, bütün suallara oxşar cavablar verilir. Yəni tezis olmayan fikirlər də tezisləşib. Daha doğrusu, düşüncələr tezisdən kənara çıxmır. Bunun da səbəbləri var:
– Tezislərin yetərincə sağlam olması;
– Təbliğat maşınının düzgün işləməsi;
– Dezinformasiya qorxusu ilə rəsmi məlumata istinad;
– Üzdə olanların risksiz karyera yüksəlişi;
– Danlanmaq qorxusu;
– Absurd fikirlə pərt olmaq;
– Medianın qara siyahısına düşmək;
Ona görə də, Qarabağ "səndə-məndə"sindən bir az özümüz danışaq. Hazırda qəribə vəziyyət yaranıb. Hər kəs Qarabağda sülhə nail olmaq istədiyini göstərir, lakin kimsə sazişin əldə olunması üçün real addım atmır. Düzü, Gürcüstanın vasitəçiliyi daha ümidverici görünürdü. Çünki Tbilisi İrəvanla Bakı arasında barışığın tərəfdarıdır və tərəflər arasında neytrallığı qoruya bilərdi.
– Tbilisi özünün üzləşdiyi Abxaziya və Cənubi Osetiya qondarmalarına görə "arsax"ı danışıqlar masasına buraxmazdı;
– Gürcüstan Azərbaycanın iqtisadi-nəqliyyat kəmərlərinə görə ermənipərəstlik etməzdi;
– Tam olaraq Azərbaycanın tərəfini də tuta bilməzdi. Belə ki, 100 mindən çox erməninin yaşadığı Samtsxe-Cavaxetidə stabillik pozula bilər, haylar orada da qondarma rejim qurmaq istəyinə düşərlər və belə məkir mövcuddur;
– Sadəcə olaraq, Gürcüstanın öz problemini, yəni Abxaziya və Cənubi Osetiya ilhaqını düzəltməmiş qonşu əyrilərini səhmanlamaq iqtidarında olması şübhə doğurur;
• Türkiyənin Azərbaycanla "bir millət iki dövlət" statusu, həmçinin Kipr məsələsi birbaşa vasitəçiliyinə imkan vermir.
• "Arsax" qondarmasının müəllifi Kreml olduğundan Rusiyanın vasitəçiliyi ilə sülhə ümid etmək keçəl qızın saçın hörmək kimidir. Moskva-Soçi danışıqlarının Brüsselə yan alması bunun təsdiqidir.
• Fransanın hazırkı ləpiri, daha doğrusu, lideri Paşinyanı platonik, ekzotik, tektonik, nə bilim, bəlkə də erotik sevir. Ona görə də Parisin vasitəçiliyi arxa cibdə qalsa, yaxşıdır.
• ABŞ regiondan Rusiyanı sıxışdırıb çıxartmaq istədiyindən nisbətən neytral Vaşinqton variantını təklif edib. Yoxsa Sorosun bic nəvəsi Paşinyana sərf etməyən ideyalara müəlliflik etməzdi.
Nə başınızı ağrıdım, Bakının gömdüyü, lakin ara-sıra xortlayan ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransanı təmsil edirdi. Qarabağa elə indi də onlar çözüm axtarır. Yəni əl dəyişməyib. Həmsədrlər arasında dominantlıq cırmaqlaşması gedir. Fikir verin:
– Rusiya Fransanın Qarabağdakı stabilliyi pozmaq istədiyini bəyan edir. Amma Putin-Makron telefon danışıqlarında sülh prosesinə Minsk Qrupunun cəlb olunması barədə ortaq məxrəcə gəlinir;
– Fransalı parlamentarilər qondarma rejimin müstəqilliyini nəzərdə tutan anti-Azərbaycan qətnamə qəbul edir. Rusiya isə qondarma rejimi "referendum" rənginə boyamaq istəyən Vardanyanı Qarabağa yollayır;
– Baxmayaraq ki Bakı ilə Londonun "Əsrin müqaviləsi" boyda dostluğu var, məhz Türkiyə Bakının Qarabağla bağlı suallarına ABŞ-Britaniya xətti ilə cavab tapsa, nəyəsə ümid etmək olar;
Keçək Lavrovun erməniləri çaşbaş qoyan dekabrın 1-dəki açıqlamasına:
"Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır. Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir".
Mətbuat konfransının bu hissəsindən sonra əksər erməni Rusiya XİN rəhbərini təhqir, bəziləri isə təqdir edib. Sergeyi tərifləyən serjlərin fikrincə, Alma-Ata Bəyannaməsi zamanı qondarma rejim artıq "müstəqil" idi və sənədin "arsax"la əlaqəsi yoxdur. Bu, "miatsum" ideologiyalıların "böyük ermənistan" təskinliyidir və əsassızdır. Çünki Praqadan sonrakı sülhün Vaşinqton variantında da Azərbaycanın ərazi bütövlüyü yer alıb. Əlqərəz, sənəddəki dominant bəndlər Azərbaycanın 5 baza prinsipini əhatə edir.
Nağıllardakı kimi nikbin sonluqla bitirmək istəmirəm, çünki Lavrovun sözləri ilə desək, "həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub". Öz sözlərimizlə desək:
– Rusiya kimi ölkələr Qarabağın ermənilər yaşayan hissəsində hər hansı bir muxtariyyət statusuna nail olmaq istəyir. Naxçıvan Muxtar Respublikası kimi Azərbaycanın tərkib və qanunvericiliyində olsa belə, 1923-də yaradılan "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin bərpasına çalışırlar. Və bunu sözügedən vilayətin yaradılmasının 100 il tamamına, 2023-ə planlaşdırırlar;
– Qarabağın ermənilər yaşayan hissəsi Qarabağ İqtisadi Rayonuna aiddir və Azərbaycan həmin zonaya heç bir status vermək niyyətində deyil. Hazırda aparılan islahatların gedişatı Naxçıvanın da iqtisadi rayon statusuna keçə biləcəyi ehtimalını yaradır. Həm də 2023-ün "Heydər Əliyev" ili olması daha böyük zəfərlərə ümid yaradır;
Sonda qeyd edək ki, Cənubi Qafqaz stabilliyi və Qarabağda sülh qlobal siyasətin əsas kartlarındandır. Sadəcə, hazırkı siyasi oyunun Ukrayna masasında Rusiyanın "pas" getməsini gözləyirlər. Bundan sonra sütunu oynayan Kremlin ümumən Qafqazlardan uzaqlaşdırılması nəzərdə tutulub. Yalnız bundan sonra daimi sülh əldə oluna bilər. Yox, əgər Moskvanın istədiyi kimi Qarabağda erməni muxtariyyəti yaradılarsa, tarix təkrarlanacaq.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 02 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı, professor Ceffri Saksla görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X"

Səfər proqramı açıqlandı: Tramp min nəfərlə Türkiyəyə gəlir

ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində iyulun 7-də Ankaraya səfər edəcək. Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Amerika liderini müşayiət edəcək təxminən 100 nəfərli

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

"Rusiyada müqaviləli hərbçilərin və səfərbərliklə xidmətə çağırılan şəxslərin tibbi müayinəsi qaydalarında nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi üçün hazırda hər hansı zərurət yoxdur". Bu fikri mövz

Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Əhməd Vahidi bir neçə aylıq fasilədən sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıb. KONKRET.azxəbər verir ki, bu barədə "Associated Press"

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. KONKRET.aztəbrikin mətnini təqdim edir:. "Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasını

Rusiyada Putinin reytinqi kəskin azaldı

Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4% bənd, onun fəaliyyətinin bəyənilmə səviyyəsi isə 3,5% bənd azalıb. KONKRET.azxəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsa

"Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb" - Elman Nəsirov

Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler cəbhədən son durum son xeberler bugun 2026 muharibe gunun xeberleri