"Qarabağ" üç qol vurub yarımfinala yüksəldi
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Publika.az xəbər verir ki, 1/4 finalın ilk cavab matçında "Qarabağ" Bakıda olduğu kimi, səfərdə də "Qəbələ"yə qalib gəlib – 3:0.
Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma "Qarabağ"ın kapitanı Maksim Medvedev 6-cı dəqiqədə başla fərqlənib. Patrik Andrade 45+4-cü dəqiqədə Abdellah Zubirə qarşı edilən kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Kabo Verdedən olan mərkəz yarımmüdafiəçisi 48-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
İlk görüşdə rəqibini 3:1 hesabı ilə üstələdiyi üçün "köhlən atlar" yarımfinala vəsiqə qazanıb.
Qurban Qurbanovun oyunla bağlı şərhi belə olub: "Baxmayaraq ki, ilk oyunda 3:1 hesablı qələbə qazanmışdıq, ancaq futbolçularda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. "Qəbələ"yə isə uğurlar arzulayıram".
Qeyd edək ki, günün digər matçında "Səbail" hazırda "Sumqayıt"la üz-üzə gəlir.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu