"Qarabağ" Universitetində ilkin mərhələdə 70 nəfər işləyəcək
"Qarabağ" Universitetinin həm idarəetmə, həm akademik, həm texniki heyətinin formalaşdırılması istiqamətində işlər həyata keçirilir.
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə Universitetdə 70 nəfərin işləyəcəyi nəzərdə tutulub:
"Bunun böyük bir hissəsi təbii ki, akademik heyət olacaq. Əsas məqsədimiz Universitetdə müasir akademik biliklərə malik olan şəxslərin çalışmalarını təmin etməkdir. Hazırda müxtəlif variantlar müzakirə olunur. Eyni zamanda, nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alan azərbaycanlıların da pedaqoji heyət kimi bu təhsil müəssisəsinə cəlb olunması nəzərdə tutulub. Bu istiqamətdə də müzakirələr aparılır.
Universitetin maddi-texniki bazasının formalaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə işləyirik. Universitetin bir neçə tədris korpusu olacaq. Eyni zamanda, yataqxana binalarının sayı da bir neçə olacaq. Bununla əlaqədar, Universitetin özünün idman meydançası, kitabxana, ümumiyyətlə, ali təhsil üçün tələb olunan bütün infrastruktur yaradılacaq. Bu istiqamətdə müvafiq tapşırıqlar verilib və işlər həyata keçirilir".
///Apa / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR