Qarabağ Universitetinin Klinikası yaradıldı - Fərman
Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılıb.
AZXEBER COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.
Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Prezidentinə, Klinikanın yenidən təşkili və ləğv edilməsi isə Elm və Təhsil Nazirliyinə həvalə edilib.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə isə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılıb.
Qarabağ Universitetinə Klinikanın saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün 5 milyon manat ayrılıb.
Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulaması təmin ediləcək. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Milli Məclis Prezident və xanımını təbrik etdi
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb