Qarabağ və Türkiyə - Azərbaycan Universitetindən gözləntilər nədir? - Ekspert açıqladı

Qarabağ və Türkiyə - Azərbaycan Universitetindən gözləntilər nədir? - Ekspert açıqladıXəbər verdiyimiz kimi, ötən gün - avqustun 22 də ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Bu barədə DİM (Dövlət İmtahan Mərkəzi) məlumat yayıb. Universitet seçimlərinə bu il Qarabağ və Türkiyə-Azərbaycan universitetləri də əlavə olunub. 
Bəs yeni universitetlərin yaradılması qəbula necə təsir edib? Ümumi vəziyyəti nəzərə alanda öncəki illərə nisbətdə qəbul ballarında artma, yoxsa azalma mövcuddur? Qarabağ və Türkiyə-Azərbaycan universitetinə qəbul balları digər universitetlərlə müqayisədə necədir?
Təhsil eksperti Elçin Əfəndi azxeber.com-a açıqlamasında qeyd olunan suallarla bağlı fikirlərini bildirib. 
O qeyd edib ki, yeni yaradılan universitetlərə olan gözləntilər özünü olduqca doğruldub:
"Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbulun 1-ci turunun cavabları dünən açıqlanıb. Gözləntilərimiz təbii ki, əsasən Qarabağ Universitetini və Türkiyə-Azərbaycan Universitetini formalaşdıracaq keçid balları ilə əlaqəli idi. Bilirdik ki, burada müəyyən artım qeydə alınacaq. Artım dedikdə ixtisaslar üzrə keçid balının yüksək olmasını nəzərdə tuturuq. Gözləntimiz özünü doğruldub. İstər Qarabağ, istərsə də Türkiyə-Azərbaycan universitetində keçid balları digər universitetlərə nisbətdə yeni yaradılan universitetə görə olduqca normaldır. Qarabağ universitetində qəbul ballarını Azərbaycanın müxtəlif region universitetləri, habelə Bakıda olan mövcud universitetlərlə müqayisə etsək, olduqca yüksəkdir. O cümlədən Türkiyə-Azərbaycan universitetində də eyni prinsip mövcuddur". 
Ekspert bildirib ki, demək olar bütün ixtisaslar üzrə bu il keçid balları artıb:
"Bəzi yerlərdə 20-30, bəzilərində isə 50-60 bala qədər artım müşahidə olunur. Ümumi vəziyyət ondan ibarətdir ki, artıq 1-ci turdan sonra bəzi ixtisas qrupları üzrə boş qalan yerlər var. Əsasən I ixtisas qrupu üzrə 1630 yer, II ixtisas qrupu üzrə 387 yer, III ixtisas qrupu üzrə 590, IV ixtisas qrupu üzrə isə 450 boş qalan yer var". 
"Bu plan yerlər üçün avqustun 28-dən sentyabrın 2-si saat 23:59-a qədər yenidən müsabiqə aparılacaq. Həmin müsabiqədə abituriyentlər iştirak edib boş qalan yerlərdə oxuma şansı əldə edə bilərlər", - deyə o vurğulayıb.
Oksana Orucova

Sosial       Tarix: 23 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az kriminal xeber xəbər az kriminal