Qarabağ zəfərindən sonra Türkiyə-Azərbaycan əlaqələri yeni mərhələdə

Qarabağ zəfərindən sonra Türkiyə-Azərbaycan əlaqələri yeni mərhələdəAzərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının, "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etməsi, Cəbrayılda Qumlaq stansiyasının, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlini qoyması böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Zəngilanın azad olunduğu gündən iki il sonra hava limanının açılış mərasiminin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır. Bütün dünyaya sülh mesajı verən liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir.
Ölkəmizin inamlı Qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə, Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilib, Azərbaycan Bayrağı qaldırılıb və ondan sonra Ermənistan təslim olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı tarixi Azərbaycan və Türkiyənin müştərək tarixi olduğunu qeyd edib. 
Qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Türkiyə-Azərbaycan birliyi bu gün bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış məcburi köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir. 
İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpünün tikilməsi planlaşdırılır, onların bir qismi inşa edilib. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görülür.
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir.
Keçən ilin iyun ayında bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xəritəsi kimi dəyərləndirilir. Möhkəm zəmin üzərində qurulan gələcək əməkdaşlıq beynəlxalq müstəvidə fəaliyyətlərin uzlaşdırılmasını, siyasi, iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrinin möhkəmləndirilməsini, ümumiyyətlə həyatın bütün sahələrini əhatə edəcək. Bəyanatda müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu, indiki geosiyasi reallıqlar fonunda müstəsna önəm daşıyır. Azərbaycan və Türkiyə dünyaya bəyan ediblər ki, bundan sonra da hər zaman bir yerdə olacaqlar və bir-birinin təhlükəsizliyinin təmin olunmasında yer alacaqlar.
30 il əsarətdə qalmış torpaqlarımız iki ildir çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərini heç bir xarici maliyyə dəstəyi olmadan yenidən qurur və bərpa edir. İcra olunan meqalayihələrin çərçivəsi çox genişdir. 2021-ci ildə Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, qısa zaman kəsiyində Zəfər yolunun tikilməsi və hazırda işğaldan azad olunmuş ərazilərdə salınan yüksək standartlara uyğun avtomobil, dəmir yolları, yaradılan enerji infrastrukturu regionun gələcəyinin necə olacağı ilə bağlı qabaqcadan təsəvvür formalaşdırmağa imkan verir.
Qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda böyük miqyasda bərpa və quruculuq işlərinin həyata keçirilməsi bir daha Azərbaycan dövlətinin qətiyyətinin, iradəsinin və qüdrətinin nümayişidir.
Xudakərim Əhmədov 
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri / azxeber.com

Siyasi       Tarix: 25 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbər ən son xəbərlər bugün dunyada son xeberler