Qarabağa avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılır
Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılacaq.
azxeber.com nazirliyə istinadən xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 606 reys həyata keçirilib, 24 826 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Xidmetler [newsid: 0-123300]

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Bu gün yay Azərbaycana daxil olacaq
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlıq müzakirə olundu
Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu