Qarabağda atlı azərbaycanlılar SAXLANILIR - Bəs tanklı ERMƏNİLƏR?

Qarabağda atlı azərbaycanlılar SAXLANILIR - Bəs tanklı ERMƏNİLƏR?Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşurutdan kənar, qanunsuz yollarla daxilolma qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Xanlar Hüseynov və Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar. Həmin şəxslərin müvafiq icazələri olmayıb və rayon ərazisinə kənar yollarla daxil olublar.
Səbəb:
• Azərbaycanda qanunun aliliyi qorunur.
• İşğaldan azad olunan ərazilərdə məskunlaşma "Böyük Qayıdış"la həyata keçiriləcək.
• Ərazilər minalardan təmizlənir və bu da insanların həyatının mühafizəsinə hesablanıb.
• Post olmayan yollardan istifadə itkin, əsir və girov düşməklə nəticələnə bilər.
• Sülhməramlıların məsuliyyət zonasına giriş-çıxış isə üçtərəfli bəyanatda yer alan müddəalarla tənzimlənir.
• Bununla yanaşı, qanun pozuntularının qarşısının alınması müxtəlif qaçaqmalçılıqlarla mübarizə xarakterlidir.
Əsəb:
• Üçtərəfli bəyanata görə rus sülhməramlılar Qarabağa yerləşən kimi separatçı ermənilər tərkisilah olunmalı idi. Əksinə, sülhməramlılar separatçıları silahlandırır. Rusiya Qarabağın ermənilər yaşayan hissəsinə qanunsuz səfərlər təşkil edir, Putinin biznes partnyorlarından olan Vardanyanı "nazir" təyin edilir. Kremlin rəsmi məlumatlarında Qarabağ İqtisadi rayonunun həmin hissəsi "Dağlıq Qarabağ Respublikası" kimi qeyd olunur. Qondarma rejimdəki qanunsuz "ordu"nun tərkisilahı bir yana, bütün sahələri əhatə edən "struktur"ların fəaliyyətinə şərait yaradılır.
• Süluməramlılar ermənilərin mina təhlükəsizliyi, əkin-biçin, üzüm yığımı, kilsə ziyarətləri, doğuşuna kimi yardım edirlər.
• Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin etməliykən, Laçın kiridoru ilə onlarla avtobus dolu ermənini Xankəndiyə gətirib "referendum" aksiyaları təşkil edirlər.
• Sülhməramlılara görə azərbaycanlılar Şuşaya Ağdamdan yox, Füzulidən getməli olur.
Olsun, bizim Zəfər yolu ilə Qarabağın ürəyi Şuşaya yollanmağımız da qürurvericidir. Çünki rus-erməni birliyi duyulan Xankəndiyə yuxarıdan aşağı baxırıq. Bunu yazmaqda məqsəd insanlar arasında dolaşan bəzi suallara cavab tapmaqdır. Məhz buna görə də başlığımız belədir:
"Qarabağda atlı azərbaycanlılar saxlanılır, bəs tanklı ermənilər?"
Qarabağa qanunla müəyyən olunmuş qaydada səfərlərin təşkili vətəndaşların həyat təhlükəsizliyinin təminatıdır. O ki qaldı separatçılara, Azərbaycan qanunlarını qəbul edən ermənilər Qarabağda yaşayacaq, digərlərini "itiqovan" əməliyyatı gözləyir. Putinin Soçidə sülhməramlıların missiya müddətini uzada bilməməsi Kremli "arsax referendum"u kimi ehtiyat variantlara keçməyə vadar edib. Lakin hazırda Moskvanın diktəsi qarışqanın canavarı qıdıqlaması kimi gülüncdür. Çünki Qərbin sanksiyaları Rusiyanın özünü referendumlara bürümüyə yaxındır.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 23 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı enson xeberler beynelxalq bank mezenne cəbhədən son xəbərlər 2026