Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladı

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmənin hazırlıq iclası başlayıb.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İclas davam edir.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı "Ballıca" adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıİstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıBelə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıLüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
///Report
Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıQarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıQarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıQarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıQarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıQarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladıQarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladı

Siyasi       Tarix: 02 iyun 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan son xeberler bu gun sonxəbərlər