"Qarabağda hər an 3-cü müharibə başlaya bilər" - Sergey Markov
Qarabağda vəziyyət gərginləşməkdədir. Hazırda burda iki gərginlik nöqtəsi var. Birincisi, yük maşınları 8 gündür ki, Laçın yolu yaxınlığında sərhəddə dayanır, indi onların sayı 21-dir. İrəvan onları Qarabağa buraxmağı tələb edir. Amma Bakı bildirir ki, Ermənistan Laçın yolundan hərbçilərin rotasiyası üçün istifadə edir və bu, Soçi razılaşmalarının kobud şəkildə pozulmasıdır.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Rəsmi Bakı Ağdam vasitəsilə ərzaq tədarükü üçün yol açıb. Amma İrəvan hakimiyyəti həmin yoldan istifadə etmək istəmir, çünki o, Azərbaycanın nəzarəti altında olan ərazilərdən keçir. Ermənistan Ağdamdan keçən yolu beton plitələrlə bağlayıb. Bu məsələ ilə bağlı hər zaman beynəlxalq danışıqlar aparılır. Ermənistan hakimiyyəti ABŞ konqresmenlərindən və digərlərindən dəstək bəyanatları toplayır.
İkincisi, Azərbaycan hakimiyyəti Laçın yolunda Qarabağda yaşayan və Ermənistana gedən şəxsi 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə şübhəli bilindiyi üçün həbs edib. Və bir çox erməni qorxur ki, onlar da Birinci Qarabağ müharibəsinə görə eyni hərbi cinayətlərdə ittiham oluna bilərlər. Gərginliyin bu yüksəlişi hər an düşmənçiliyə çevrilə bilər. Və Üçüncü Qarabağ müharibəsi başlaya bilər", – o bildirib.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi