Qarabağda terrorçuları silahlandıran ölkədən Türkiyəyə qarşı addım
Birləşmiş Ərəb Əmirlikləri Liviyada yeni müharibə başlatmaq üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zayedin Serbiya istehsalı "Morava" yeni nəsil topçu raket sistemi ilə inqilabçı general Xəlifə Haftara dəstək verdiyi ortaya çıxıb.
Rusiyanın "Zvezda" xəbər kanalı bu barədə məlumat yayıb.
Qeyd edək ki, "Morava" topçu raket sistemi 2011-ci ildə dizayn olunub. 2019-cu ildə Serbiya ordusunun arsenalına daxil edilib. Sistemin ikinci istifadəçisi BƏƏ ordusudur. "Morava" müxtəlif kalibrdə sursatdan istifadə edə bilməsi, sürətli şəkildə yenidən doldurulma və hədəfləmə qabiliyyətləri ilə diqqət çəkən topçu sistemidir.
BƏƏ-nin Liviyada silahlı pilotsuz uçuş aparatları istifadə etdiyinə dair dəlillər əldə edən Beynəlxalq Amnistiya Təşkilatı bu yaxınlarda BƏƏ-nin Yəməndə və Liviyada dinc sakinlərə qarşı müharibə cinayətini işlədiyini də açıqlamışdı.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Birləşmiş Ərəb Əmirlikləri işğalçı Ermənistan tərəfindən döyüşən PKK terror təşkilatını da silahlandırmışdı. Təhlükəsizlik mütəxəssislərinin məlumatına görə, silahlar yunan mənşəli şirkətə aid yük təyyarəsi ilə göndərilib. Silah və partlayıcılar daha sonra Qarabağdakı PKK/KCK-li terrorçulara çatdırılıb. Azərbaycanın Ali Baş Komandanı bu "yardım"dan xəbərdar olduğunu dəfələrlə çıxışlarında gilə gətirmişdi.
Məlumat üçün bildirək ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri Liviyada BMT tərəfindən qanuniliyi tanınan Milli Barışıq Hökumətinə Haftara qarşı döyüşlərdə dəstək verir.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur