Qarabağda vəziyyət yenidən gərginləşir: Nə etməli?- ƏTRAFLI

Qarabağda vəziyyət yenidən gərginləşir: Nə etməli?- ƏTRAFLIHələ də qələbə eyforiyasındayıq. Göylərdə uçuruq, yen-yeni iddialarla çıxış edirik. Ancaq mənə elə gəlir ki, göylərdən yerə enməliyik, reallıqlara ayıq gözlə baxmalıyıq.
Doğrudur, 44 günlük müharibədə biz çox mümkünsüzü mümkün etdik. Suverenliyimizə və ərazi bütövlüyümüzə nail olduq. Lakin Qarabağdakı separatizminin kökünü kəsmədik. Və bu gün Qarabağda ermənilər "qazanları qapalı qaynadır".
Əslində indiki vəziyyət 1992-ci ili xatırladır. O zaman da belə idi. İlk baxışdan hər şey bizim nəzarətimizdə idi. Lakin biz nə Xankəndinə, nə Əsgərana, nə də ki, digər ərazilərə gedə bilmirdik. Və o zaman da Qarabağdakı separatçıların indiki kimi nə ilə məşğul olduğunu doğru-dürüst bilmirdik. Ən qəribəsi odur ki, onda da, indiki kimi ermənilərlə bizim təmaslarımız bütün hallarda rusların üzərindən keçirdi. Və ruslar o zaman hər iki tərəfə istədikləri kimi təsir edə bilirdi. İndi də zatən elədir. Və günlərin bir gün Moskva Azərbaycan hökümətinə şərt irəli sürdü ki, Qarabağı istəyirsinizsə onda rus ordusunun burda qalmasına razı olmalısınız. Təbii ki, o zamankı AXC-Musavat hakimiyyəti bununla razılaşmadı. Milli Məclisin o vaxtkı sədri İsa Qəmbər çıxıb dedi ki,"Ruslar bizə şərt qoydu: "ya Qarabağ, ya müstəqillik". Biz də müstəqilliyimizi seçdik".
Ən dəhşətlisi odur ki,1992-ci ilin payızında Azərbaycan ordusu güclü əks-hücum nəticəsində Xankəndinə qədər gedib çıxmışdı. Və indi aldığımızdan daha çox əraziləri ermənilərdən təmizləmişdik. Lakin cəmi bir həftə ərzində hər şey itirildi. Və nəinki Qarabağ, eləcə də ətraf rayonlar işğal edildi. Bu acı həqiqət onu sübut edir ki, biz 44 günlük müharibədə çox şeyə nail olsaq da, hər şeyə sahib çıxa bilmədik. Erməni separatizmini Qarabağdan qaşıyıb atmadıq. Və çox təəssüf ki, son 1.4 ayda heç nə dəyişməyib. Əksinə, ermənilər Qarabağda silahlanmaqda və çoxalmaqda davam edirlər. Və onlara o zaman olduğu kimi indi də ruslar yardımçı olur.
Yaddaş üçün deyim ki, vaxtilə Dağlıq Qarabağın idarəedilməsi Bakıdan alınıb Moskvaya verilmişdi. İndi də Qarabağın idarəedilməsini faktiki olaraq Moskva həyata keçirir. Sülhməramlı adı ilə ruslar Qarabağda məktəb, ev, səhiyyə obyekti tikir, yol çəkir, iş yerləri açır və s. Bu oxşar mənzərə isə heç də yaxşı əlamət deyil. Deməli, ruslar yenə də Qarabağda məkrli planlar hazırlayır. Əbədiyyən Azərbaycan torpaqlarında qalmaq üçün müxtəlif yollara əl atırlar. Ən əsası ermənilərlə azərbaycanlıların təmaslarına maneə yaradırlar.
Bildiyiniz ki, "xalq diplomatiyası" deyilən bir ifadə var. Bu ifadəninin də açması ondan ibarətdir ki, bəzən hökümətin edə bilmədiyini xalq həyat keçirir. Xalqlar öz aralarında ünsiyyət qurur, gediş-gəliş edir və tədricən bir-birlərinə isinişirlər. Nəticədə münaqişə qan tökülmədən həll olunur. Bax, bu gün "xalq diplomatiyası"nın əsl zamanıdır. Ali Baş Komandan və Azərbaycan ordusu üzərinə düşən vəzifəni uğurla həyata keçirdi. Suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olundu. Amma ermənilər qarayara kimi Qarabağın sinəsində qalır. Bu yaranı müalicə etmək və yaxud kəsib atmaqsa artıq Azərbaycan xalqının vəzifəsidir. Yəni bu gün "xalq diplomatiyası" irəli çıxmalıdır. Qarabağ erməniləriylə təmaslar qurulmalıdır.
Baxmayaraq ki, rus sülhməramlıları bu təmasların qurulmasını qətiyyən istəmir. Çünki, iki xalq arasında normal münasibət yaransa onda sülhməramlıların Qrabağda qalmasına ehtiyac olmayacaq. Ona görə də ruslar nəinki təmasların qurulmasında maraqlı deyil, əksinə iki xalq arasında nifrətin qızışması üçün əlindən gələni edir.
Bu vəziyyətdə hər birimizin üzərinə böyük vəzifə düşür. Biz əlimizdə olan bütün resurslardan- elektron və yazılı mətbuatdan, sosial şəbəkələrdən istifadə edərək Qarabağ erməniləriylə təmaslar qurmalıyıq. Onlara Azərbaycan həqiqətlərini sübut etməliyik. Bir yerdə dinc yaşamağın vacibliyini başa salmalıyıq. Buna isə prezident fərmanı və yaxud sərəncamı yox, vətəndaş yanğısı lazımdır. Bu gün biz ermənilər haqqında nə qədər aqressiv danışsaq, düşmən olduğumuzu açıq şəkildə ifadə etsək bu ancaq rusların işinə yarayır. Vəssəlam…
Surxay Atakişiyev,
KONKRET.az.

Siyasi       Tarix: 06 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son xəbərlər azərbaycanda gunun xeberleri