Qarabağdakı vəziyyətin nizamlanması üzrə işlər hər gün davam edir - Rusiya XİN
Qarabağdakı vəziyyətin nizamlanması üzrə işlər hər gün davam edir.
Azxeber.com-un məlumatına görə, bunu "İzvestiya"ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
M.Zaxarova bildirib: "Məsləhətləşmələr, danışıqlar aparılır. Mənə elə gəlir ki, xarici işlər nazirləri, həmçinin xarici işlər nazirlikləri ilə və səfirliklər vasitəsilə qarşılıqlı işlər hər gün davam etdirilir. Həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan xəttindəki siyasi şöbələr arasında telefon danışıqlarına dair xəbərlər mütəmadi olaraq çıxır, onları görürsünüz və oxuyursunuz.
Buna görə deyə bilərik ki, ölkəmiz qan tökülməsinin həqiqətən dayandırıldığı qaynar mərhələdə və münaqişədən sonrakı mərhələdə bu vəziyyətin həlli üçün böyük səylər sərf edib. Münaqişədən sonrakı dövürdən danışan zaman, mən münaqişənin kəskin fazasından sonrakı mərhələni nəzərdə tuturam.
Əlbətdə ki, bu, yalnız ölkə rəhbərliyinin siyasi, diplomatik səyləri, şəxsi səyləri deyil, bu işdə indi orada olan, hər gün öz gücünü, ruhunu, bacarığını, peşəkarlığını ortraya qoyan sülhməramlılarımızın da rolu böyükdür. Buna görə də, əlbəttə ki, bu vəziyyətdə Rusiya sülhməramlılarının rolu qiymətləndirilə bilməz".

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir