"Qarabağ"dan Çempionlar Liqasında ikinci dəfə REKORD
Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Qarabağ" ardıcıl dörd oyunda qol vurub.
KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri yalnız mövsümün ilk görüşündə bunu bacarmayıb.
Həmin vaxt ağdamlılar Polşada "Lex"ə uduzub – 0:1. Poznanlılarla cavab görüşü (5:1), İsveçrə "Sürix"i ilə hər iki oyun (3:2, 2:2) və Macarıstan "Ferensvaroş"u ilə ilk sınaqda (1:1) təmsilçimiz rəqib qapısına yol tapıb.
Bu, Azərbaycan klublarının Çempionlar Liqasındakı rekordunun təkrarıdır. "Qarabağ"dan başqa heç bir komandamız qitənin ən nüfuzlu klub turnirində bunu bacarmayıb.
Ağdamlılar 2019-cu ildə də ardıcıl 4 oyunda qol vurub. Maraqlıdır ki, həmin vaxt da seriya I təsnifat mərhələsinin cavab görüşündə başlayıb.
Qurbanovun yetirmələri son dörd görüşdə həm də qol buraxıb. Yəni bu qarşılaşmaların hamısı Q/Q bitib. Bu da bir ilkdir. Azərbaycanın heç bir klubu Çempionlar Liqasında ardıcıl 4 dəfə Q/Q oynamayıb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi