Qarabağın bu bölgələrində ermənilərin axtarışları davam edir
İşğaldan azad olunan Qarabağın Ağoğlan və Cəbrayıl bölgələrində aparılan axtarış işləri nəticəsində 44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən daha 8 erməni hərbçinin cəsədi tapılıb.
Publika.az xəbər verir ki, bu barədə keçmiş qondarma rejimin fövqəladə hallar üzrə xidmətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hunan Tadevosyan bildirib.
Onun sözlərinə görə, axtarışlar Ağoğlan, Şuşa, Cəbrayıl və Zəngilanda davam edir. Bu günə qədər ümumilikdə 1069 hərbi qulluqçunun cəsədi aşkarlanıb.
Əməliyyatlarda bölgəyə bələd olan hərbçilərlə yanaşı, itkin düşənlərin valideynləri və qohumları da iştirak edir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağı işğaldan azad etmək uğrunda həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı nəticəsində 10 min erməni döyüşçüsünün məhv edildiyi, 20 minə yaxın yaralı, 3 mindən çox itkin olduğu bildirilir. Tapılan cəsəd qalıqlarının 2,5 mindən çoxunun şəxsiyyətini müəyyənləşdirmək bu günə qədər mümkün olmayıb.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək