"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Görüş ərzində 50/50-yə epizodlar olan zaman baş hakimin daha çox rəqibin leyhinə qərarlar verməsinin şahidi olduq. Belə hal məni məyus edir. Bunu kiçik komandalara qarşı hörmətsizlik kimi qəbul edirəm".
KONKRET.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Marko Veşoviç Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra deyib.
31 yaşlı müdafiəçi görüşün sonlarındakı mübahisəli penalti epizodu ilə bağlı dəqiq nəsə deyə bilməyəcəyini söyləyib: "Çünki epizodu tam olaraq izləmək imkanım olmayıb. Hakimin qərarı ilə bağlı da nəsə deyə bilmərəm",
Monteneqrolu oyunçu qarşılaşmaya çox pis başladıqlarını etiraf edib: "İlk 15-20 dəqiqəni komandamız üçün pis hesab edirəm. Həmin vaxt çox çətinlik çəkdik. Qapımızda iki qol gördük. Amma görüşün qalan hissəsində topa nəzarət etdik və daha çox qol şansı yaratdıq və yaxşı oynadıq".
Veşoviç Bundesliqanın hazırkı liderinə qarşı üstün oyun sərgilədiklərini bildirib: "Belə oynayacağımızı gözləyirdim. İlk 15 dəqiqədə gərgin idik və bu səbəbdən qollar buraxdıq. Amma göstərdiyimiz oyuna görə əldə olunan nəticə bizi üzür. Meydanda sərgilədiyimiz oyuna görə bu qarşılaşmada ən azı heç-heçəyə layiq idik".
Görüşdə komandasının yeganə qolunun müəllifi olan müdafiəçi UEFA  Avropa Liqasının qrup mərhələlərində ilk təfə fərqlənməsinə münasibət bildirib:
"Bu qol əslində mənim üçün önəmlidir. Belə turnirdə ilk qolu Bundesliqanın liderinə, "Frayburq" kimi komandaya vurmaq xüsusi önəm kəsb edir.
Amma mənim işim qol vurmaq deyil. Üzərimə düşən işi yüksək səviyyədə görməliyəm. Sanki bu qol işimin yüksək səviyyədə görülməsinin mükafatıdır. Nəticəyə görə isə məyusam. Buna baxmayaraq komandamızın oyunu mənə nikbinlik verir. İnanıram ki, qarşıdakı matçlarda yaxşı nəticə qazanacağıq".
Veşoviç qrup mərhələsinin II turunda Bakıda qarşılaşacaqları Fransanın "Nant" klubu haqqında da danışıb: "Nant" da çətin rəqibdir. Evdə oynayacağıq.
Amma rəqib də Fransa Liqa 1-də çıxış edir. Bu isə onların güclü komanda olmasından xəbər verir. Amma hər matçda olduğu kimi yenə yaxşı oyun nümayiş etdirib, nəticə qazanmaq istəyirik. Avrokuboklarda çıxış etməyə layiq olduğumuzu göstərməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" – "Nant" matçı sentyabrın 15-də keçiriləcək.

İdman       Tarix: 10 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


azerbaycan xeberleri yeni xeberler son xeberler gunun xeberleri sosial yardim hava durumu krminal bu gun