Qarabağın taleyi Ermənistanın da başına gələcək - Erməniləri Azərbaycan qorxusu bürüdü
Paşinyan getməsə, Qarabağın taleyi Ermənistanın da başına gələ bilər.
Publika.az xəbər verir ki, bunu müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyan yerli telekanallara verdiyi müsahibədə deyib.
O əmindir ki, hazırkı hakimiyyət həm Rusiya, həm də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə səlahiyyətli danışıqlar apara bilsəydi, Qarabağ münaqişəsi fərqli bir nəticə ilə bitə bilərdi: "Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə ölkə Qarabağın taleyini yaşayacaq. Bu günlərdə vəziyyət çətin və təhlükəlidir, uçurumdayıq. 5-6 ay ərzində Qarabağın uçurumun kənarında olduğunu söylədim, Ermənistan haqqında da eyni şeyi söyləyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır - hökumət getməlidir".
Onun sözlərinə görə, ölkəni bu çətin iqtisadi və siyasi böhrandan tam şəkildə çıxara biləcək və eyni zamanda danışıqlar apara biləcək birinə ehtiyac var. Sarukyan əmindir ki, müharibədə öldürülənlər üçün matəm saxlanmasaydı, müxalifətin mitinqinə 15 min deyil, 150 min adam qatılacaqdı. Amma vaxt gələcək, hər kəs mitinqlərə çıxacaq.
Sarukyan əmindir ki, hazırkı gənc və təcrübəsiz hökumət olmsaydı, müharibənin nəticəsi fərqli olardı və ya ümumiyyətlə, müharibə olmazdı.
Bundan əvvəl Nazirlər Kabineti rəhbərinin istefasını tələb edən 16 müxalifət partiyası keçid hökuməti qurmaq niyyətində olduqlarını elan edib və müstəqil Ermənistanın ilk baş naziri, İctimai Şuranın keçmiş rəhbəri Vazgen Manukyanı vahid namizəd olaraq irəli sürüb.
10 noyabrdan bəri İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər və yürüşlər keçirilir. Aksiyaların əsas təşkilatçıları müxalifətin Daşnaksütyun, Vətən və Çiçəklənən Ermənistan partiyalarıdır.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı