Qarabağla bağlı yeni məruzə - BMT Təhlükəsizlik Şurasının sənədi kimi dərc edildi

Qarabağla bağlı yeni məruzə - BMT Təhlükəsizlik Şurasının sənədi kimi dərc edildi Qarabağla bağlı yeni məruzə - BMT Təhlükəsizlik Şurasının sənədi kimi dərc edildi
"Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hərbi cinayətlər və Ermənistanın məsuliyyətinə dair" məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məruzə məşhur beynəlxalq hüquqşünaslar Malkolm Şou və Naomi Hart tərəfindən hazırlanıb.
Məruzə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin BMT Baş Katibinə müşayiət məktubu ilə birgə bu ilin fevralın 7-də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.
Məruzədə Azərbaycanın hazırda işğal altında olan ərazilərində Ermənistanın törətdiyi müharibə cinayətləri və bununla bağlı işğalçı ölkənin üzərinə düşən öhdəliklər araşdırılır.
Bu xüsusda müvafiq hüquq normalarının nəzəri təhlili ilə yanaşı, həmin normaların Ermənistan tərəfindən pozulmasını sübut edən faktoloji məlumatlar əks olunur.
Məruzədə beynəlxalq təşkilatların sənədləri, Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin qərarları, qeyri-hökumət təşkilatlarının araşdırmaları, kütləvi informasiya vasitələrinin açıqlamaları, fərdi müəlliflərin yazıları kimi müstəqil mənbələrdən, eləcə də Azərbaycanın müvafiq dövlət qurumlarının sənəd və materiallarından istifadə olunub.
Məruzə iki hissədən ibarətdir.
Sənədin birinci hissəsi münaqişənin faktoloji, tarixi kökləri, beynəlxalq humanitar hüququn ümumi izahı, bu xüsusda Ermənistanın üzərinə düşən öhdəliklərin təhlilinə həsr edilib. Məruzənin ikinci hissəsi isə ardıcıl qaydada təhlil edilmiş müharibə cinayətlərindən bəhs edir.
Burada ilk növbədə, mülki şəxslərin öldürülməsi və yaralanması ilə bağlı müharibə cinayətlərinə dair, daha sonra isə etnik təmizləmə, işğal altında olan ərazilərdən məcburi köçürülmə və bu ərazilərin xüsusiyyətinin məqsədyönlü şəkildə dəyişdirilməsi, eləcə də mədəni irsin dağıdılması və ətraf mühitə zərər vurulması kimi məsələlərin təhlili yer alıb.        
Məruzədə BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilib.
Həmçinin, məruzədə Ermənistanın bu tələblərə məhəl qoymayaraq, Azərbaycanın ərazilərini nəinki işğal altında saxlamağa davam etdiyi, hətta bütün beynəlxalq hüquq normalarına zidd olaraq, orada müxtəlif növ qeyri-qanuni fəaliyyət apardığı qeyd olunur.
Belə ki, sənəddə Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində beynəlxalq hüquqa zidd qeyri-qanuni fəaliyyəti araşdırılır.
Bu xüsusda Azərbaycan XİN tərəfindən 2016-cı ildə hazırlanmış "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət" adlı hesabatdan bəhs edilib.
Eləcə də XİN və "Azərkosmos"un 2019-cu ildə birgə dərc etdiyi "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın BMT çərçivəsində yayıldığı qeyd edilir.
Məruzədə eləcə də Ermənistanın işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi, digər fəaliyyətləri, işğalçı ölkənin əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və Ermənistanın beynəlxalq məsuliyyətinə dair hüquqi rəy təmin edilir. /oxu.az

Siyasi       Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar kriminal cəbhədən yeni xəbərlər cebheden xeber