Qardaş ölkələrimiz arasında münasibətlər daha geniş inkişaf edəcək

Qardaş ölkələrimiz arasında münasibətlər daha geniş inkişaf edəcəkAzərbaycan, Türkiyə və Tükmənistan eyni dinə, mədəniyyətə, eyni tarixi ən-ənələrə malikdir. Hər üç ölkənin qədimdən dostluq, qardaşlıq, eyni zamanda iqtisadi münasibətləri vardır. Ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir. Azərbaycanla qardaş Türkiyə arasında 2021-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlər strateji müttəfiq səviyyəsinə çatdırılmışdır. 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. 
Azərbaycan, Türkiyə və Türkmənistan həmişə biri-birinə hər sahədə, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq edib, biri-birinə yaxından dəstək göstəriblər.
Dekabr ayının 14-də Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşü keçirilib.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir".
Zirvə görüşündə Azərbaycan Prezidenti eyni zamanda 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolundan da danışıb. Dəmiryol layihəsinə 100 milyon dollardan çox sərmayə qoyulacağını, onun ötürücülük qabiliyyətinin hazırkı 1 milyondan 5 milyon tona çatdırılacağını bildirib. İlham Əliyev Azərbaycanın 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına, 18 yük təyyarəsi ilə regionun ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu deyib. Prezident növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsinin də nəzərdə tutulduğunu da qeyd edib.
Azərbaycanın Dövlət başçısı bütün türk dövlətləri, eləcə də Asiya üçün böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizindən də söz açıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq".
2020-ci ildə 30 ilə yaxın işğal altında qalan və bu illər ərzində yalnız erməni vandallığına məruz qalan Azərbaycan torpaqları 44 günlük Vətən müharibəsi müddətində Ali Baş Komandanımızın rəhbərliyi ilə igid Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu da indiyə qədər bu sahədə görülən işlərin uğurlu və məqsədyönlü olduğunun sübutudur. Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyə Azərbaycanın yanında oldu. Azərbaycan əsgəri, Azərbaycan xalqı Türkiyənin onun yanında olmasından daha da ruhlandı. Hazırda işğaldan azad edilmiş vətən torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Yeni, qlobal layihələr həyata keçirilir.
Bəli, biz birlikdə daha güclü, daha yenilməzik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Qarabağ münaqişəsi həll edildi. Və bu Qələbə regionda yeni nəqliyyat-kommünikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək".
İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdımühəmmədovun görüşündən sonra Azərbaycan, Türkiyə və Türkmənistan sənədləri imzalanıb. Birinci Zirvə görüşünün birgə Bəyanatı qəbul edilib. Üç ölkə arasında ticari-iqtisadi, elm-təhsil, mədəniyyət, gömrük, energetika, nəqliyyat sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb. Bütün bunlar da qardaş ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 17 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler zelzele kriminal xeber xeberler bugun