Qardaş üç uşaq anası olan bacısını niyə qətlə yetirdi? - SƏBƏB
Gəncə Ağır Cinayətlər Məhkəməsində adam qətl törətməkdə təqsirləndirilən Şaiq Şərifovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 04 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində qeydə alınıb.
Belə ki, evli olan, 3 uşaq anası, 1995-ci il təvəllüdü Qənirə Şərifova həyat yoldaşından boşanmaq istədiyini bildirib. Lakin 1992-ci il təvəllüdlü Şaiq Şərifov bacısının boşanmasına razı olmadığını, ona ailəsini dağıtmaması, 3 uşağının həyatını düşünməsi və ailələrini kənddə tənə ilə söz yeri etməməsini söyləyib. Qənirə Şərifova isə israrla boşanacağını deyərək ayrı yaşayacağını qeyd edib və qardaşı ilə mübahisə etməyə başlayıb. Qadın qardaşının onun boşanmasına qarşı çıxmasından hiddətlənərək, əlində olan mətbəx bıçağı ilə 2 dəfə qarın nahiyəsinə zərbə vurub. Həmin vaxt Şaiq bacısı Qənirə Şərifovanın özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə onun üzərinə gedərək əlindəki bıçağı almağa cəhd göstərib. Amma qadın müqavimət göstərməsi səbəbindən qarşılıqlı mübarizə zamanı ona fiziki zor tətbiq edərək alın nahiyəsinə yumruq zərbəsi endirib. Daha sonra qardaşı Qənirənin əlindən bıçağı alıb bacısına bir neçə zərbə endirərək onu öldürüb.
Hadisdən sonra Şaiq polisə gedərək könüllü təslim olub.
O, məhkəmədə ifadə verən zaman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.//Pravda.az

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi