Qardaşlar arasında dava - Qadını xəyanət edərkən tutdu

Qardaşlar arasında dava - Qadını xəyanət edərkən tutduUcar rayonunda 1995-ci il təvəllüdlü Ülvi Abbasov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Rauf Abbasova xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, hadisə ötən ilin dekabrın 29-da Ucar rayonunun kəndlərindən birində baş verib. Ülvi qardaşı Raufun arvadı Ülviyyənin mobil telefon vasitəsi ilə yad adamla danışmasını gördükdən sonra qardaşına irad tutub. Bu səbəbdən qardaşlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Ülvi başı ilə bir dəfə qardaşının sifətinə zərbə vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Ülvi Abbasov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ittihamı qəbul edib. O bildirib ki, evlidir, iki azyaşlı övladı var və valideynləri ilə birlikdə Ucar rayonunun kəndində qardaşı Raufla ata evində yaşayır:
"Rauf da evlidir, ailəsi ilə birlikdə həmin evdə qalır. Dekabrın 29-da saat 19 radələrində Raufun arvadı Ülviyyənin gizlicə kiminləsə mobil telefonla danışmasını güman etdim. Bundan əsəbiləşərək Raufa zəng etdim və harada olduğunu soruşdum. Rauf mağazadan ərzaq alaraq evə gələcəyini bildirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 30 dəqiqə sonra Rauf evə gəlib:
"Raufa Ülviyyənin kiminləsə telefonla danışmasını deyərək irad tutdum. Cavabında Rauf mənim Ülviyyəyə şər atdığımı bildirdi. Rauf yaşadığımız evin eyvanında üzərimə gəldiyi üçün başım ilə bir dəfə onun sifətindən vurdum. Anam Səmayə bizi dava etməyə qoymayaraq aralaşdırdı. Dava-dalaş zamanı Rauf məni vurmadı. Orada nalayiq söyüşlər söyülməmişdi. Dava-dalaş təxminən 5 dəqiqə davam etdi. Ailə üzvlərimizdən başqa evdə heç kim olmayıb".
Zərərçəkmiş qismində ifadə verən Raufun sözlərinə görə, dekabrın 29-da saat 19 radələrində kənddə mağazadan ərzaq alıb və evə gəldikdən sonra Ülvi ona zəng edib harada olduğunu soruşub:
"Mən də mağazadan ərzaq alaraq evə gəldiyimi bildirdim. Yaşadığımız evin eyvanında Ülvi mənə bildirdi ki, sən necə kişisən, arvadın Ülviyyə başqa adamla telefonla danışır. Ülviyyəyə şər atıldığını bildirdim və Ülvi ilə mübahisə etdim. Ülvi qəfil başı ilə bir dəfə sifətimdən vurdu və mənə xəsarət yetirdi. Anam Səmayə bizi aralaşdırdı, dava etməyə qoymadı. Almış olduğum xəsarətlə bağlı həmin gün Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Dava-dalaş zamanı Ülvini vurmamışam, orada nalayiq söyüşlər söyülməyib. Dava-dalaş təxminən 5 dəqiqə davam etdi".
Bu cinayət işi Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq, Ülvinin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.//Demokrat.az

Hadisə       Tarix: 17 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeberler son xeberler bu gun cəbhədən video