Qasparyan işə çıxdı, böhran davam edir – erməni ordusunun üç Qərargah rəisi var
Ermənistanda Baş Qərargah rəisi vəzifəsi üzərində yaranmış böhran davam edir.
Publika.az xəbər verir ki, məhkəmə Onik Qasparyanı vəzifəsində saxladıqdan sonra o, bu gün səhər işə çıxıb.
Qasparyan vəzifəsindən uzaqlaşdırılmaqla bağlı qərardan İnzibati Məhkəməyə şikayət vermişdi. Dünən məhkəmə hökm çıxardı ki, iddiaya baxılması prosesi başa çatmayana qədər yeni Baş Qərargah rəisi təyin etmək olmaz, beləliklə, Qasparyan hələ ki, vəzifəsindədir.
Ermənistan hökuməti məhkəmənin qərarını tanımadığını, Qasparyanın artıq Baş Qərargah rəisi olmadığını açıqlayıb.
Müdafiə naziri Vaqarşak Arutyunyan da Qasparyanın vəzifəsində qalmadığını bildirib.
Lakin Qasparyanın işə çıxması Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə üç iddiaçının olması vəziyyətini yaradıb: Məhkəmə qərarı ilə vəzifəsində qalan Qasparyan; Paşinyan tərəfindən irəli sürülən, prezident tərəfindən hələ təsdiqlənməmiş Artak Davtyan; Baş Qərargah rəisi vəzifəsini müvəqqəti icra edən müavin Stepan Qalstyan;
Böhran davam edir.
Asif

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər