Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olubTorpaq qatı "Mamırlı" şəlaləsinə gedən yola tökülüb.
Hadisə rayonun Ləkit kəndində, "Mamırlı" şəlalə ərazisində baş verib.
Belə ki, Ləkit kəndindən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb. Nəticədə çaya tökülmüş torpaq çayda balaca göl yaradıb. Bundan başqa, hadisə nəticəsində Ləkit kəndinə gələn içməli su boruları da zədələnib.
Ərazi üzrə bələdiyyə sədrinin müavini Abdulla Kazımov "Report"un yerli bürosuna bildirib ki, əvvəllər də həmin ərazidə torpaq sürüşmələri qeydə alınıb:
"Bu dəfə baş vermiş torpaq sürüşməsi daha iri həcmli idi. Əraziyə dərhal texnika cəlb olunaraq yol açıldı, çayda torpaq qatı təmizlənərək suyun maneəsiz hərəkəti təmin olundu. Zədələnmiş su xətləri isə bərpa olunaraq kəndin içməli su problemi də öz həllini tapdı. Qeyd edim ki, həmin ərazi təbiət abidəsi olan "Mamırlı" şəlaləyə gedən ərazidir. Şəlalə ərazisində bu vaxtlar hərəkət az olsa da, yay fəslində xeyli turist olur".
///report

Sosial       Tarix: 06 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır"

Qara qızıl ucuzlaşdı

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. xəbər verir ki, Londonun ICE birjasında ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 1,78 faiz ucuzlaşaraq bi

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

12 iyun üçün rəsmi məzənnələr məlum oldu

Azərbaycan Mərkəzi Bankı iyunun 12-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Mərkəzi Bankın məlumatına görə, avro 1,967

Gürcüstanda oxumaq üçün qaydalar dəyişir

Gürcüstan hökuməti ölkə universitetlərinə xarici vətəndaşların qəbulu üçün kvota tətbiq edəcək və təhsil prosedurlarını müəyyən edəcək. "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hazırda Gürcüstan parlament

Sədərək'də biznesmen bıçaqlandı

"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiye

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrin


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri sonxeberler son xeberler 2026 bu gune olan xeberler