Qaz tükündən yorğanlar ağciyər xəstəlikləri yaradır – ALİMLƏR
Hazırda dəbdə olan qaz tükü, qu tükü, yüngül tüklərdən odeyallar, yorğanlar ağciyərlərdə iltihabi xəstəliklər yaradırmış.
Milli.Az medicina.az-a istinadən bildirir ki, şotland pulmonoloqları 43 yaşlı pasiyentin misalında bu yorğanların təhlükəli olması barədə açıqlama edib.
Kişi pasiyent 3 ay idi ki, boğulma, nəfəsalmada problem, xroniki yorğunluqdan əziyyət çəkirdi. Hətta pilləkənləri çıxanda belə problem yaşayırdı.
Xəstəxanaya çatdırılanda o artıq nə müstəqil olaraq gəzə, nə də ayaq üstə dayana bilirdi.
Pasiyentin ağciyərlərinin sıradan çıxma səbəblərini araşdıran həkimlər bunun nə tozdan, nə pişiklərdən, nə də hər hansı qidanın allergen olmadığını görür. Bir müddət sonra kişi xəstəlikdən əvvəl bütün yastıq və yorğanlarını dəyişib, quş tükündən aldığını etiraf etdi.
Analizlər də quş qanadlarında və lələyində olan zülala qarşı antitel göstərdi.
Pasiyentə hiperhəssas pnevmonit diaqnozu qoyuldu.
Xəstəyə steroidlər təyin edildi və bütün yorğan balışın sintetik materiala dəyişilməsi tapşırıldı. 9 aydan sonra xəstəlikdən tam sağaldı.
Pulmonoloq və allerqoloqlar mütləq xəstənin yataq ləvazimatlarının materialı ilə maraqlanmalı və buna uyğun analizlər təyin etməlidir. Əgər quş tükü xəstəliyin triggeridirsə, müalicə edib evə göndərilsə də, həmin allergenlə təmas ağciyər toxumasında çapıqlar yarada bilər ki, bu da sağlamlıq üçün ciddi təhlükədir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü