Qazanıb-qazandırmaq üçün üç çağırış: İT mütəxəssislərini ölkədə necə saxlamalı? - FOTO

Qazanıb-qazandırmaq üçün üç çağırış: İT mütəxəssislərini ölkədə necə saxlamalı? - FOTOQazanıb-qazandırmaq üçün üç çağırış: İT mütəxəssislərini ölkədə necə saxlamalı? - FOTO
"İnformasiya texnologiyaları sahəsi dünyada ən çox mütəxəssis miqrasiyasının müşahidə olunduğu sahələrdən biridir. Çünki dünyada informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinə çox böyük ehtiyac var. Məsələn, təkcə informasiya təhlükəsizliyi sahəsi üzrə ABŞ-də beş milyona qədər vakansiya var. Belə böyük boşluğun və ya tələbatın olması istənilən halda mütəxəssislərin sürətlə miqrasiya etmələrinə yol açır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Millət vəkili bir neçə gün öncə Prezident tərəfindən Milli Məclisə yeni qanun layihələrinin daxil edilməsindən söz açıb:
Qazanıb-qazandırmaq üçün üç çağırış: İT mütəxəssislərini ölkədə necə saxlamalı? - FOTO"Qanun layihələri informasiya-kommunikasiya texnologiyalarında çalışan sahibkarların, eyni zamanda bu sahibkarlıq subyektində çalışan muzdlu işçilərin mənfəət, gəlir, divident vergilərindən azad olunmaları və Azərbaycanda bu sahədə işləmək istəyən xaricilərdən tələb olunan iş icazəsinin ləğv edilməsi ilə bağlıdır. Hesab edirik ki, bu addımlar növbəti 10 il ərzində Azərbaycanda İKT sektorunun inkişafına mühüm təkan olacaq.
Hazırda dünyada həkimlərdən sonra ən çox maaş ödənilən sahə məhz informasiya-kommunikasiya texnologiyası sahəsidir. Bu cəhətdən baxsaq, miqrasiya tək bizdə müşahidə olunmur. Avropadan hazırda kifayət qədər çox İT mütəxəssisi ABŞ-yə miqrasiya edir. Asiya ölkələrində olanlar isə əsasən, Çin və Cənubi Koreyaya üz tuturlar. Şərtlər yaxşı, bazar böyükdürsə, miqrasiya cəlbedici olur. Amma bununla yanaşı, bir çox ölkələrdə bu prosesi ləngitmək, qarşısını almaq və ölkəni İT şirkətləri üçün cəlbedici etmək baxımından əlverişli mühit yaranır, bunun üçün qanunvericilikdə dəyişikliklər edilir". 
Deputat bildirib ki, Azərbaycanda bu sahə daim diqqətdə olub, ona görə də ölkəmizdə inkişaf etmiş innovasiya şirkətləri və xeyli yaxşı mütəxəssislər var:
"Ölkədə ciddi İKT infrastrukturu yaranmaqdadır. Bütün bunlarla yanaşı, bizim qarşımızda hazırda üç mühüm çağırış var. Birinci çağırış daha çox İT mütəxəssisi yetişdirməkdən ibarətdir. Bizim ali məktəblərimiz il ərzində 3 500 İT mütəxəssisi yetişdirir. Amma bizim tələbatımız, ilkin hesablamalara görə, 20 minə yaxın mütəxəssisdir. Nəticədə İKT üzrə mütəxəssislərin çatışmazlığı müşahidə olunur.
İkinci çağırış İKT mütəxəssislərinin ölkədə qalmalarını təmin etməkdir. Bunun üçün ölkədə əlverişli ictimai-siyasi və iqtisadi mühit mövcuddur. Qanunvericiliyin yarada biləcəyi maksimum şərait vergilərin dərəcəsinin minimum olmasıdır. Qanunvericilikdə vergi ilə bağlı müəyyən çağırışlar var. Regionda olan bir çox ölkələr İT şirkətləri və mütəxəssisləri cəlb etmək üçün daha əlverişli vergi rejimi təklif edirlər. Dövlət başçısının təşəbbüsü ilə müzakirə olunan qanun layihələri növbəti il qüvvəyə minəndə Azərbaycan İKT sahəsində region ölkələri içərisində ən yaxşı vergi rejimi təklif edən ölkə olacaq. Hesab edirəm ki, bu mühit İT şirkətlərinin və mütəxəssislərinin Azərbaycanda inkişaf etməsinə mühüm dəstək olacaq". 
Müsahibimiz üçüncü çağırışın xaricdən mütəxəssis cəlb etməklə bağlı olduğunu diqqətə çatdırıb:
"Çünki bu elə bir sahədir ki, onu yalnız milli mütəxəssislər hesabına inkişaf etdirmək qeyri-mümkündür. Burada təcrübə və bilik mübadiləsi olmalıdır. Beyin axını bu sahədə ən çox tətbiq olunan alətlərdən biridir. Əcnəbilərin Azərbaycanda işləmələri üçün iki mühüm baryer var ki, indi onlar aradan qaldırılır. Bunlar iş icazəsi və məcburi dövlət sığorta haqlarının ödənməsi ilə bağlıdır. Hər iki şərtin aradan qaldırılmasının məntiqi nəticəsi olaraq düşünürük ki, həm əcnəbilər maneəsiz Azərbaycana gəlib işləyə biləcəklər, həm də bizim xaricə üz tutan vətəndaşlarımız geri dönərək fəaliyyətlərini burada davam etdirə biləcəklər".
Tahir Mirkişilinin sözlərinə görə, İT mütəxəssislərinin miqrasiyasında əsas amillərdən biri də təklif edilən yüksək maaşlardır:
"Bu gün bir çox Avropa ölkələrində, ABŞ-də İT mütəxəssislərinə yüksək maaş təklif edirlər. İKT mütəxəssislərinin ölkəmizdə də müqayisə ediləcək dərəcədə yüksək maaş almaları üçün yerli sahibkarlıq subyektləri inkişaf etdirilməli və onların innovativ fəaliyyəti daim gücləndirilməlidir. Sahibkarlıq subyektləri inkişaf etdikcə onlar mütəxəssislərə daha çox maaş verirlər. Çünki maaşı verən dövlət deyil, sahibkarlıq subyektləridir və onlar inkişaf etdikcə həmin mütəxəssislərin ölkədə qalmaları üçün daha çox maaş vermək iqtidarında olacaqlar".
Sayad Həsənli

Maraqlı       Tarix: 02 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər havanın temperaturu meherremlik 2026 son xabar