Qazaxıstan gündəlik neft hasilatını 3,6% azaltdı
Qazaxıstanda gündəlik neft hasilatı 3,6% azalaraq 254 min ton təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib. Səbəb kimi isə hava şəraiti əsas gətirilib.
Qeyd edək ki, "Tengiz" yatağında gündəlik hasilat 5,4% azalaraq 78,6 min ton təşkil edib. Xəzər dənizində hava şəraiti ilə əlaqədar Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) tankerlərinə yükləmə dayandırılıb.
2023-cü ilin 11 ayı ərzində neft və qaz kondensatı hasilatının həcmi 82,2 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövründəki hasilatdan 8 faiz çoxdur. Ölkədən 64,3 milyon ton neft ixrac edilib. Qazaxıstanın neft emalı zavodları bu ilin yanvar-oktyabr aylarında 11,2 milyon ton neft məhsulları istehsal edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR