Qazaxıstanda GÜCLÜ PARTLAYIŞ: Yaralı sayı 60-a yüksəldi - VİDEO
Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin yanındakı anbarda 6 partlayış qeydə alınıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Anbarda əsasən uzun mənzilli olmayan mühəndis sursatları saxlanılır. Ümumilikdə altı partlayış olub", - məlumatda deyilir.
Hərbi hissədən yanğınsöndürmə briqadaları və yanğınsöndürmə palatasının xüsusi texnikası, habelə Jambıl vilayətinin Fövqəladə Hallar İdarəsinin yanğınsöndürmə briqadaları cəlb edilib. Əhalinin təhlükəsizliyi üçün yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Jambyl vilayətinin rəhbərliyindən verilən məlumata görə, hərbi hissədə baş verən partlayış nəticəsində 11-i hərbçi olmaqla 60 nəfər yaralanıb.
Bildirək ki, Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə, avqustun 26 -da saat 19:00 radələrində anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın naməlum obyektlərin partlaması ilə nəticələnib.
Yanğının səbəbləri müəyyən edilir.
Hüseyn
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək