Qazaxıstanda "Vaqner", "Rusiya ordusu", "Z" və "V" simvolları olan mallar QADAĞAN EDİLİR
Qazaxıstanın Baş Prokurorluğu ölkədə üzərində etnosiyasiləşdirilmiş rəmzlər olan malların qadağan edilməsini təklif edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Atameken" Respublika Sahibkarlar Milli Palatası məlumat yayıb.
Belə ki, "Vaqner", "Rusiya ordusu", "Z" və "V" simvolları olan malların qadağan edilməsi təklif edilib.
İctimai Maraqların Müdafiəsi Departamentinin prokuroru Kuat Bapinov təşəbbüsü şərh edərkən bildirib ki, müxtəlif etnik qrupların ayrı-ayrı nümayəndələri ictimai yerlərdə etnik simvollar nümayiş etdirirlər:
"2022-ci ildə Qazaxıstanda Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar xüsusən də "Z" və "V" işarələri olan geyim, oyuncaqlar tez-tez nümayiş etdirilirdi. Pərakəndə satış şəbəkələrində xüsusən də "Rusiya ordusu", "Nəzakətli insanlar" adlı uşaq məhsullarının satışı və reklamı faktları var idi".
Bapinovun sözlərinə görə, belə simvollar cəmiyyətdə qarışıq reaksiyaya səbəb olur.
Baş Prokurorluq Qazaxıstanda silahlı münaqişələrdə, başqa dövlətin suverenliyinə və siyasi rejiminə qarşı hərbi və ya digər zorakı hərəkətlərdə istifadə edilən simvolları tamamilə qadağan etməyi və pozuntulara görə inzibati məsuliyyət tətbiq etməyi təklif edir.
Qanun qəbul olunarsa, "PKK" və "Şərqi Türküstan" emblemləri də qadağan ediləcək.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi