Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR

Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR8 noyabr 2023-cü il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə AR-ın Qazaxıstan Respublikasındakı Səfiri Ağalar Atamoğlanov, QR XİN-in Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri, Almatı şəhərində yerləşən diplomatik korpusun, Qazaxıstanda yaşaya Azərbaycanlılar və Qazaxıstanın ictimai xadimləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan səfir A.Atamoğlanov şanlı Zəfər bayramı haqqında qonaqlara ətraflı məlumat vermiş, 8 noyabr-Zəfər Gününün Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrildiyini qeyd etmişdir. 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycanın özünü müdafiə hüququndan istifadə edərək və beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirilmiş cavab tədbirlərindən bəhs etmişdir. 44 Günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyi, münaqişənin tarixdə qaldığını bildirmişdir.
Qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Azərbaycanın Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il tarixlərində 24 saat ərzində həyata keçirdiyi anti-terror tədbirləri haqqında məlumat vermişdir. 3 noyabr 2023-cü il tarixində Astanada keçirilən Türk Dövlətləri Təşkilatının yubiley Zirvə Görüşündə çıxışı zamanı QR Prezidenti K,J.Tokayevin ölkəmizin ərazi bütövlüyünün bərpa etməsi ilə bağlı təbrik etdiyini vurğulamışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq və bərpa işləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Son iki il ərzində QR Parlamenti və KİV nümayəndələrinin, ictimai xadimlərin işğaldan azad edilmiş səfəri, Qazaxıstanlı jurnalist N.Kumarqızının Qarabağ şəhidi haqqında yazdığı kitabın təqdimatından, Astana və Turkestan şəhərlərində keçirilmiş "Şuşa Günləri"ndən, həmçinin  strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olan Azərbaycan-Qazaxıstan münasibətlərindən söhbət açmışdır.
Səfir çıxışının sonunda tədbirin təşkilatçılığında dəstək verdiyinə görə Azərbaycanlı iş adamı Yusifov Amil Turab oğluna dərin təşəkkürünü bildirib.
Daha sonra QR XİN-in Almatı şəhərində nümayəndəliyinin rəhbəri Bakıtjan Buleqenov çıxış edərək, Dövlət Bayrağı Günü və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdırmışdır. Ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquq normalarına və BMT-nin müvafiq sənədlərinə tam uyğun olduğunu və Azərbaycan xalqının ədalətli və tarixi əhəmiyyətli nailiyyət olduğunu qeyd etmişdir. Qazaxıstanın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmış, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafından  bəhs etmişdir.
Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLARQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLARQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLARQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLARQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLARQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLARQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLARQazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 10 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler apa.az xeberler son xeberler 2026 bu gunun xeberleri