Qazaxıstanlı qonaqlar Mediasiya Şurasında olub - FOTOLAR
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsolluğunun müvafiq dəstəyi ilə təşkil edilən "Ata və övladları" müsabiqəsinin qalibləri və jüri üzvləri Azərbaycan Respublikası Mediasiya Şurasının qonağı olublar.
azxeber.com xəbər verir ki, proqrama uyğun olaraq ölkəmizdə qorunub saxlanılan oğuz mədəniyyəti, ənənələri, ailə dəyərləri ilə tanış olmaq ve "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin proqramında iştirak etmək məqsədilə ölkəmizə səfər edən Manqistau vilayətinin Ağsaqqallar ve Xalq Nəzarəti Șurasının sədri Onaybek Abdilov, eləcə də Manqistau vilayət Xalq Assambleyasının sədri, Mediasiya Təşkilatının rəhbəri, Ağbirçəklər Şurasının katibi Amangül Abdiqaliyevna təşkilatın fəaliyyəti ilə tanıolub və görüşdən məmnun olduqlarını bildirib.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd və təşkilatla əməkdaşlıq edən mediatorlar qonaqları salamlayıb və onlarla 2 ölkənin mediasiya sahəsindəki fərqlər, inteqrasiya və mediasiya sahəsinin gələcək inkişafı və Türk Dünyası Mediatorlar Birliyi (Türk Dünyası Arabulucular Birliği) çərçivəsində görülən işlər və perspektivlər barədə fikir mübadiləsi aparıblar.




Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü