"Qazaxlı Alik" oğlunun saxlanılmasından danışdı: 'Fuadın dədəsinin puluna nə gəlib ki
"Oğlum həbs edilməyib, 4 ay müddətinə saxlanılıb. Bu müddət isə istintaq dövrüdür".
azxeber.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a oğlu Fuad Muradovun saxlanılması ilə bağlı açıqlamasında "Qazaxlı Alik" ləqəbi ilə tanınan Alik Muradov deyib.
O, oğlunun günahsız olduğunu bildirib:
"Çoxu yazır ki, guya Fuad həbs olunub. Bu yanlış məlumatdır. Oğlum şübhəli şəxs qismində saxlanılıb. İndi bu müddət ərzində məsələ dəqiq araşdırılacaq, günahı sübut olunarsa, həbs ediləcək, yoxdursa, sərbəst buraxılacaq".
A.Muradov şikayətçilərin 3-4 nəfər olduğunu bildirib:
"Qərara baxırıq, orada tamamilə yanlış ifadələrin verildiyini görürük. Fuadın dədəsinin puluna nə gəlib ki, gedib kimdənsə pul tələb eləsin?! Zorakılıq, rekertlik və s. yanlış ifadədir. Kim "torba tikib", hamısı bizə məlumdur".
F.Muradovun atası məhkəməyə müraciət etdiyini bildirib:
"Artıq Apelyasiya Məhkəməsinə şikayət vermişik. Görək, 4 ay saxlanılma müddəti nəyə görə təyin edilib? Fuad adam öldürməyib, cinayət törətməyib, küllü miqdarda pul almayıb. Belə olmaz axı. Sifariş Ağstafa rayonundan gəlib, 3, ya 4 nəfər kiminsə istəyi ilə oğlumdan şikayətçi olub".
Alik Muradov sosial şəbəkə istifadəçilərinə səslənib:
"Rəyləri oxuyuram, dəhşətə gəlirəm. Bilib-bilmədən ağızlarına gələni yazırlar. Biri yazır " bu da belə getdi", digəri deyir "yaxşı oldu" və s. Adamın başına iş gələr. Ayıb deyil? Fuad dövlətə xəyanət etməyib, zorakılıq törətməyib. Niyə tanımadığınız biri haqda bu qədər qəzəbli sözlər yazasınız? Yeri gəlsə, dövlətim və xalqım uğrunda oğlumu da, öz canımı da qurban verməyə hazıram".
Qeyd edək ki, Fuad Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"