Qazsız qalan kənddə yaşayan şəhid anası: "Odunum yox, ocağım yox" - VİDEO
Ağdaşda iki min əhalisi olan kəndin sakinləri qaz problemlərini həll edə bilmirlər.
Rayonun Qaradeyin kəndi 40 ildir mavi yanacağa həsrətdir.
Kənd sakinlərinin sözlərinə görə, 3 kilometr məsafədə olan əraziyə qaz xətti çəkilsə də, Qaradeyin kəndinin yolu qırmızı kitaba düşdüyü üçün onlar bu xətdən faydalana bilməyiblər:
"Yol qırmızı kitaba düşə bilir, biz düşə bilmirik. Çox əziyyət çəkirik, meşədən ağac kəsməyə icazə vermirlər, cərimələyirlər".
Kənd ərazisində yaşayan Nailə Həmidovanın Birinci Qarabağ müharibəsində oğlu, Vətən müharibəsində isə nəvəsi şəhid olub.
"Bu qara torpağa iki şəhid vermişəm. Ozüm əliləm. Odunum yox, ocağım yox. İki dəfə qaz üçün müraciət etmişəm. "Yaxşı, gələcəyik" deyib gəlmirlər".
Daha ətraflı BAKU.TV-nin süjetində:
/ azxeber.com
f Paylaş
ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
"Ebola virusu sürətlə yayılır" - ÜST
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?
Vətən müharibəsi qazisi bıçaqlandı
ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi