Qəbələdə iki avtomobil toqquşub, ölən var
Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində "VAZ-2106" və "VAZ-2101" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2106"-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
///Apa / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır