"Qəbələ"dən mükəmməl nəticə

"Qəbələ"dən mükəmməl nəticə"Qəbələ" futbol klubu hazırkı UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son beş avrokubok mövsümünün nəticələrinə əsasən tərtib olunan siyahıda "qırmızı-qaralar" 7,500 xala malikdir.
Komanda 2015/16 və 2016/17 mövsümlərinin hərəsində 2,000, 2017/18 və 2018/19 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran "Qəbələ" aktivinə daha 1,500 xal əlavə edib. Bununla da əmsalını 7,500-ə çatdıran komandamız 148-ci sırada yer alıb.
Bu, klub tarixinin rekord göstəricisidir. Belə ki, "Qəbələ" cari mövsümədək heç vaxt belə yüksək mövqedə qərarlaşmayıb.
Avrokuboklarda debüt etdiyi 2014/15 mövsümündə siyahıya daxil edilən "qırmızı-qaralar" debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan "Qəbələ" hər dəfə xal hesabını da artırıb.
2017-ci ilin yayından etibarən klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan "Qəbələ" ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.
"Qəbələ" UEFA reytinqində:
2014/15 – 2,750 (358-ci yer)
2015/16 – 5,225 (253-cü yer)
2016/17 - 7,800 (185-ci yer)
2017/18 - 5,250 (191-ci yer)
2018/19 - 6,250 (173-cü yer)
2019/20 – 7,500 (148-ci yer)

İdman       Tarix: 18 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu

Bu gün Türkiyə Super Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib. xəbər verir ki, İstanbul derbisində "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edib. "RAMS Park" stadionund

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan