Qəfildən vəfat edən 9 aylıq hamilə olan Aytənin ölümünün TƏFƏRRÜATLARI + FOTO
Xəbər verdiyimiz kimi, Astara rayonunun Giləkəran kəndində 9 aylıq hamilə qadın qəflətən evində ölüb.
KONKRET.az xəbər verir ki, mərhumun yaxınları iddia edirlər ki, qadın Astara Rayon Mərkəzi Xəstəxanasında çalışan ginekoloqun səhlənkarlığı ucbatından dünyasını dəyişib.
Yaxınlarının iddiasına görə, hamilə qadına (Aytən) Fərqanə adlı ginekoloq müalicə edirmiş. O hamiləliyin doqquzuncu ayında ana bətnində körpənin (dölün) tam yetişmədiyini, əsas gətirərək pasiyentə müəyyən dərmanlar təyin edib. İddialara görə, ana bətnində dölyanı maye də quruyubmuş. Həkimin təyin etdiyi müalicədən iki gün sonra qəfil halı pisləşən qadın anidən yerə yıxılıb. Qızın ağzından köpük daşdığını görən yaxınları onu xəstəxanaya çatdırsalar da, Aytənin həyatını xilas etmək mümkün olmayıb. Yaxınları iddia edir ki, körpənin cifti boğazına dolandığı üçün o ana bətnində ölüb. Daha sonra ölmüş körpə ananı zəhərləyərək onun da həyatını itirməsinə səbəb olub.
Qeyd edək ki, bu, əczaçı kimi fəaliyyət göstərən mərhumun ilk hamiləliyi olub. Hazırda Astara Rayon Prokurorluğu tərəfindən ölümün səbəbi araşdırılır.



İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"