Qələbə və Azərbaycan Ordusunun rəşadəti

Qələbə və Azərbaycan Ordusunun rəşadətiAzərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı.
Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu.
Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə, milli faciə idi. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Ölkəmizin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi.
Torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı.
Möhtərəm Prezident cənab İlham Əliyev Müzəffər Ordumuzun Ermənistana qarşı apardığı "Dəmir yumruq" əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: "Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik".
Ölkəmizdə ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı.
Ölkə başçısının Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hərb quruculuğu sahəsində ciddi nailiyyətlər əldə olundu, ordu müasir hərbi texnika və silahlarla təmin edildi. Bu sahəyə xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu siyahısında yer tutmasını şərtləndirdi.
Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi.
Dövlət başçısına olan inamın qaynaqlandığı ünvanların sayı gündən-günə artmaqdadır. Avropalı diplomatları da heyran qoyan məhz xalq-hakimiyyət vəhdəti, amal və məqsəd birliyidir. Heç də əbəs yerə dünyanı iqtisadi, siyasi, humanitar burulğana düşmüş bir okeana, Azərbaycanı isə ortasında sabitlik, əmin-amanlıq, dinclik hökm sürən adaya bənzətmirlər. Doğrudan da, ölkəmizin inanılmaz dərəcədə inkişafını əsaslandıran bir sıra amillərin arasında xalq-iqtidar birliyinin əsas götürülməsi təsadüfi deyil.
Artıq düşmən ölkə anlamalıdır ki, dövlətimi bundan sonra da güclənəcək, hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verilib, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır.
2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı uğur Sarkisyan rejiminin sonu idisə, 2020-ci il Vətən müharibəsindəki məğlubiyyət revanşistlərin hakimiyyətə qayıdışı ümidinin üzərindən birdəfəlik xətt çəkdi. Artıq sadə insanlar yaranmış reallıqları qəbul etmək məcburiyyətində qaldıqları üçün Ermənistanda revanşistlərin heç bir siyasi perspektivi yoxdur. Ermənistanda seçki günü yaşanan gərginliklər, edilən rüsvayçı müdaxilələr bu ölkədə ictimai-siyasi böhranı bir qədər də dərinləşdirdi. Artıq Azərbaycan güclü iqtisadiyyata sahibdir və regionda güc mərkəzidir. Qalib ölkə olaraq da diktə edən tərəfdir. Ermənistan isə regionda yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətindədir.
Şanlı Zəfər azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Beynəlxalq aləm gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Möhtərəm Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi dövlət başçımızın ətrafında birləşəcək.
Naftalan şəhər sakini Habil Abdullayev

Siyasi       Tarix: 29 iyun 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı

Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb. KONKRET.azxəbər verir ki, petisiya saytında yerləşdirilib. Müəlliflər hakimləri

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagir

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı iqtisadiyyat xeberleri bugun kriminal xeberler valyuta mezennesi banklar