Qələbəmizin rəmzi

Qələbəmizin rəmziŞuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. 
Qeyd edək ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Ötən dövrdə Şuşanın bərpası, tarixi və mədəni şöhrətinin özünə qaytarılması ilə bağlı görülən işlər olduqca çoxşaxəlidir. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə Şuşa yenidən qurulur, tarixi-mədəni memarlıq abidələri yüksək keyfiyyətlə bərpa edilir. 
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edib. İşağldan azad olunan ərazilərdə, xüsusən Şuşada beynəlxaq konfrasların keçirilməsinin mühüm əhəmiyyyəti var. Bu tədbirlərdə iştirak edən əcnəb jurnalist və ya ekspertlər də çox böyük məmnunluq hissi keçirir, Şuşada aparılan abadlıq-quruculuq işlərinə valeh olur və Azərbaycan dövlətinin gücünü bir daha görürlər. Hətta iki il bundan əvvəl Şuşaya gəlmiş bir neçə jurnalist, indiki səfərlərində Şuşanın möhtəşəm şəkildə dəyişdiyini qeyd ediblər. Maraqlıdır ki, artıq Şuşa haqqında əcnəbilər belə, kitab yazırlar. Bu kitablarda əcnəbi müəlliflər öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının yenidən dirçəlişini böyük qürur hissi ilə tərənnüm edirlər. İyulun 21-də keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundan sonra xaricdə Şuşa haqqında yazıb və danışan əcnəbilərin sayı daha da çox olacaq. Çünki Forumda 49 ölkədən gələn əcəbi qonaqlar Azərbaycan, eləcə də Şüşa ilə bağlı çox böyük təəssüratlarla öz vətənlərinə qayıdıblar. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında bu tədbirin Azərbaycan, həmçinin Qarabağ bölgəsi üçün müstəsna əhəmiyyətini vurğulayıb: "Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir". 
Prezident İlham Əliyevin Şuşa şəhərinə səfəri çərçivəsində 1 saylı tam orta məktəbin tikintisinin gedişatı ilə tanış olub. Demək olar ki, məktəb binasının inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır. Səfər zamanı dövlət başçımızın Şuşa şəhər xəstəxanasının tikintisi ilə maraqlanması da bir daha təsdiqləyir ki, əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin  Şuşada etdiyi çıxışlar ermənilərdə bir daha qıcıq yaradıb. Onlar Forumda iştirak edən əcənibi jurnalistlərə böhtanlar yağdırıblar. Hətta Xankəndi-Şuşa yolunda toplanan erməni jurnalistlər Qlobal Media Forumunun iştirakçılarına ünvanlan bəyanatlar yayıblar. Əlbəttə ki, bu, ermənilərdən hər zaman gözlənilən növbəti tərxibat xarakterli addımlardır. Şuşada keçirilən tədbirlər Azərbaycanın həm də regional problemlərin həllində əsas aktorlardan biri olduğunu göstərir. Bu kimi tədbirlər Ermənistanın işğalçılıq siyasətin beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynayır. Eyni zamanda belə tədbirlərdə regionun gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığı və səyləri aydın görünür. Prezident İlham Əliyevin Şuşada müntəzəm olaraq Qlobal Media Forumunun keçirilməsi təklifini verməsi, Qarabağın gələcəkdə beynəlxaq əməkdaşlıq  məkanına çevriləcəyindən xəbər verir.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə  / azxeber.com

Siyasi       Tarix: 24 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber az meherremlik 2026 sou xeberler bugun son xeberler az