Qərb Gürcüstanda öz səhvlərinin "meyvəsi"ni dadır - ŞƏRH

Qərb Gürcüstanda öz səhvlərinin Azərbaycan ictimaiyyəti ölkəmizin strateji tərəfdaşlarından biri olan qonşu Gürcüstanda baş verən prosesləri diqqətlə və həyəcanla izləməkdədir.
Bəri başdan deyək ki, ərazi bütövlüyü və süverenliyi Rusiya tərəfdən kobudcasına pozulmuş qonşu ölkədə sabitliyin pozulması arzuolunmaz haldır. "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin Gürcüstan parlamentində müzakirəyə çıxarılmasından sonra baş verənlər ölkədəkı kövrək sabitliyə zərbə vurub və ictimai-siyasi böhranla nəticələnib. Yeni qanuna əsasən, Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və müstəqil media maliyyə vəsaitlərinin 20 faizdən çoxunu xarici donorlardan aldıqları halda, "xarici gücün maraqlarını daşıyan" təşkilat kimi qeydiyyatdan keçməlidir.
Heç kimə sirr deyil ki, adətən ABŞ, Rusiya, Avropa ölkələri qrantlar və maliyyə yardımları vasitəsilə istənilən dövlətdə, o cümlədən Gürcüstanda vətəndaş cəmiyyətinə, müxalifət partiyalarına dəstək verməklə həmin ölkəni öz təsir dairəsində saxlamağa çalışır. Bu yolla ölkənin daxili işlərinə müdaxilə etmək, onun yürütdüyü siyasətə təsir göstərmək çox asandır. Qərb ekspertləri belə prosesi hibrid müharibə kimi qiymətləndirirlər. Bu mənada, rəsmi Tbilisinin mövqeyini anlamaq mümkündür. Lakin məsələni qəlizləşdirən Gürcüstan hakimiyyətinin bu addımı hər bir gürcünün özünə düşmən hesab etdiyi Rusiyadan sonra atmasıdır.
Yaranmış mövcud durumu daha çox hibrid müharibənin elementlərini xatırladan Avropa İttifaqının basqısı lap gərginləşdirib. Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlamentin spikeri Şalva Papuaşvili, xarici işlər naziri İlya Darçiaşvilinin bir-birinin ardınca İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin müxalifətin Tbilisidəki mitinqində gürcü xalqına dəstək çıxışlarını sərt tənqidə məruz qoymaları həmin gərginlikdən xəbər verir.
Spiker Şalva Papuaşvili avropalı nazirləri Gürcüstanda hökuməti devirmək cəhdinə şərait yaratmaqda ittiham edib, xarici işlər naziri İlya Darçiaşvili dost ölkələrdən olan həmkarlarının müxalifətin mitinqlərində iştirakını qəbuledilməz adlandırıb.
Baş nazir İrakli Kobaxidze isə bildirib ki, Avropanın üç ölkəsinin xarici siyasət idarələrinin başçılarının mitinqdə çıxış etmələri birbaşa Avropa İttifaqının (Aİ) imicinə mənfi təsir edir. 
"Bu, ciddi davranış deyil. Təəssüfləndirici hal odur ki, Aİ-yə üzv olan konkret ölkələrin yüksək rütbəli nümayəndələri belə addımlar atdıqda, bu, təkcə müvafiq ölkələrin ölkəmizdəki imicinə deyil, həm də bütövlükdə Avropa İttifaqının imicinə mənfi təsir göstərir. Ümid edirəm ki, biz gələcəkdə belə qeyri-ciddi hərəkətlərə rast gəlməyəcəyik", – Kobaxidze Türkiyəyə səfəri zamanı jurnalistlərə deyib.
Bundan əlavə, baş nazir Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin müraciətində Gürcüstanın Aİ-yə inteqrasiyası üçün öz suverenliyindən imtina etməli olduğu xəbərdarlığına diqqəti cəlb edib. "Litva Xarici İşlər Nazirliyinin rəhbəri bu sadə həqiqəti üç dəfə təkrarladı. Bu, özlüyündə faktdır – bir ölkə Aİ-yə üzv olanda öz suverenliyinin əhəmiyyətli bir hissəsini verir, bu, təbii ki, faktdır. Amma konkret ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri bu bəyanatı siyasi azlığın aksiyası kontekstində səsləndirəndə, bu, təbii ki, müəyyən narahatlıq yaradır", – Kobaxidze bildirib.
Uzun illər siyasi ekspertlər dünyanın müxtəlif bölgələrində maraqlarını təmin etməklə məşğul olan kollektiv Qərb üçün Cənubi Qafqaz regionunun aktual olmadığını vurğulayırdılar. O zaman Qərb nə deyirdi? Bir tərəfdən beynəlxalq qanun normalarına zidd olaraq ərazi bütövlükləri və suverenlikləri kobudcasına pozulmuş Azərbaycan və Gürcüstanın NATO-ya qəbul ediməsinin qeyri-mümkünlüyü bildirilirdi, digər tərəfdən öz torpaqlarının işğaldan azad olmasının hərbi həllinin olmadığı barədə xüsusilə də Bakıya (Tbilisinin onsuz da Rusiya ilə üz-üzə gəlməyə gücü yoxdur) təzyiqlər göstərilirdi. Hətta bizə "açarı" işğalçı Ermənistanın havadarı Rusiyada "axtarmaq" tövsiyəsi də verilirdi. Halbuki Qərbin strateji tərəfdaşı olan Azərbaycan və Gürcüstan işğalçı Ermənistandan fərqli olaraq nə Rusiyanın strateji tərəfdaşı, nə də hərbi müttəfiqi idi. Üstəlik, bütün təzyiqlərə baxmayaraq, özəlliklə Azərbaycan heç bir zaman Qərblə münasibətlərdə "qırmızı xətt"i keçməməyə üstünlük verirdi. Nəticədə, Qərbin yanlış siyasətindən bezən müstəqil Azərbaycan dövləti öz milli liderinin rəhbərliyi altında beynəlxalq hüquqa uyğun olaraq təkbaşına öz torpaqlarını işğaldan azad etməyə nail oldu. Qərbin ölkəmizdəki olan-qalan nüfuzu da itirildi.
Bu gün isə görürük ki, öz səhvlərinin "meyvəsi"ni dadan Qərbin indi Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək, bölgəni Rusiyanın və İranın təsirindən tamamilə uzaqlaşdırmaq məqsədinə nail olmasında böyük əngəllər yaradıb. Qərb məqsədinə yetişmək üçün Rusiyanın bölgədə hərbi müttəfiqi və forpostu olan Ermənistana qarmaq atarkən, öz strateji tərəfdaşı, demokratik ölkə saydığı və ən əsası, maliyyələşdirdiyi Gürcüstanı gözdən qaçırıb.
Odur ki, ABŞ və Aİ-nin rəsmi Tbilisiyə qarşı mövqeyini getdikcə sərtləşdirməsi, qrantlar ayırdığı vətəndaş cəmiyyətinin vasitəsilə Gürcüstan hakimiyyətə güclü təzyiqlər göstərməsi o qədər də işə yaramır. Artıq gürcü hakimiyyətini qolları arasında parçalanma da ortadadır. Özünü Avropa dəyərlərinin daşıyıcısı elan edən prezident Salomi Zurabişvili bir tərəfdən parlamentin qəbul etdiyi qanuna veto qoyacağını bəyan edir, digər tərəfdən Aİ ölkələrinin rəsmilərini Tbilisiyə səfər etməyə çağırır, müxtəlif dövlət başçılarından telefon vasitəsilə dəstək mesajı almağa çalışır. Hökumət isə ölkə prezidentinin xarici səfərlərini ləğv etməklə, onu təhdid etməklə məşğuldur. Bir sözlə, Gürcüstanda baş verənlərin dramatik və təhlükəli hal alacağı, ölkənin xaosa doğru sürükləyəcəyi şübhə doğurmur.
Bu fonda ərazi bütövlüyü, suverenliyi tam bərpa olunmuş sabit dövlət kimi Azərbaycanın regionun lideri olması barədə bəyanatların daha tez-tez səslənməsi diqqəti cəlb edir. Dünya siyasətinin incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyevin yürütdüyü peşəkar və uzaqgörən siyasət, vaxtında qəbul olunmuş qanunlar, qərarlar, atılmış addımlar Azərbaycanın xarici dövlətlərin əlində "oyuncaq" ölkəyə çevrilməsinin qarşısını birdəfəlik alıb, vətəndaş cəmiyyətinin və siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığı təmin edib.
Bundan başqa, Qərb ölkələrinin ən müxtəlif vasitələrlə, xüsusilə də "jurnalist araşdırması" adı altında maliyyələşdirdiyi media qurumlarının ictimai-siyasi prosesləri başqa səmtə yönəltmək istiqamətində addımlarının qarşısı qətiyyətlə alınıb. Öz ölkəsində hansısa dövlətin maliyyəsi ilə oturub-duranları istintaqa cəlb edən dünya qüvvələrinin bizim ölkəmizdə buna cəhd etməsinin qeyri-mümkün olduğu dəfələrlə sübut olunub. "Abzas media", "Toplum TV", Anar Məmmədlinin və digərlərinin qanunsuz, antimilli fəaliyyətinin istintaq araşdırması da elə bundan xəbər verir.
Bu gün, sözün həqiqi mənasında, müstəqil olan, heç bir maliyyə asılılığı olmayan Azərbaycan bütün dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir, beynəlxalq hüquq normalarına uyğun olaraq digər ölkələrin ərazi bütövlüyünə hörmətini və sadiqliyini nümayiş etdirir. Hətta mənfur düşmənimiz Ermənistanla vasitəçisiz olaraq masa arxasında oturmağa və danışıqlar aparmağa qadir olduğunu, Cənubi Qafqazda sülhün və normallaşma münasibətlərinin bərqərar olmasında aparıcı rol oynadığını göstərir.
Əminliklə demək olar ki, hazırda heç bir iri dövlətin diktəsini qəbul etməyən ölkəmizdə vətəndaş cəmiyyətinin, siyasi partiyaların ələ alınmasından, onların vasitəsilə hakimiyyət çevrilişi həyata keçirməkdən söhbət belə gedə bilməz. İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan kimi "dünya beşdən ibarət deyil" müdrik kəlamına üstünlük verməsi ölkəmizə göstərilən təzyiqlərin iflasa uğraması ilə nəticələnib.
KONKRET.az-ın analitik qrupu

Siyasi     Baxılıb: 346   Tarix: 18 may 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident Yuriy Kamayevi "Şöhrət" ordeni ilə təltif etdi

Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, bu ordenə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəl

ABŞ-da "Vyetnam sindromu": İranla müharibə cəmiyyəti ikiyə böldü

"The Washington Post" nəşri tərəfindən aparılan rəy sorğuları göstərir ki, ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlar Amerika cəmiyyətində Vyetnam müharibəsi qədər qeyri-populyardır. Sorğu nəticələrinə əsasən

Putin Trampı 9 May Paradına dəvət edib? - Kreml

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Moskvaya 9 May Paradına dəvət etməyib. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Qeyd edək ki, dünən Putinl

Arakçı Pezeşkiana xəyanət edir? - İranda böhran

İranda yüksək vəzifəlilər arasında yaranmış ciddi fikir ayrılıqlarını və Arakçının SEPAH-a yaxın olduğunu nəzərə alsaq, belə bir iddianın doğruluğu ehtimal olunandır. KONKRET.azxəbər verir ki, bu sözləri -a açıqlamasınd

DİQQƏT: Bu tarixdə Rusiya və Ukrayna atəşkəs imzalayacaq

9 may – Qələbə Günü yaxınlaşdıqca Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs məsələsi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Müharibənin uzanması, cəbhədə vəziyyətin gərgin qalması və diplomatik təmasları

Slovakiya Prezidenti Azərbaycana gələcək

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri planlaşdırılır. KONKRET.aztrend-ə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsind

Prezident: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir.  xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında yer alıb

Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir

ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir. xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinn "X" sosia

Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"

Avropa Parlamentinin qərarını yalnız bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas adlandıra bilərik. Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xaric


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda xəbər son.xeberler maşın realiti şou