Türkiyənin daha bir təyyarəsi qəzaya uğradı: ölən var – TƏCİLİ

Türkiyənin daha bir təyyarəsi qəzaya uğradı: ölən var – TƏCİLİÇanaqqaladan Xorvatiyaya texniki xidmət üçün yola düşən Türkiyəyə məxsus iki AT-802 tipli yanğınsöndürmə təyyarəsindən biri ilə əlaqə kəsilib.
KONKRET.az  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə əlverişsiz hava şəraiti səbəbindən baş verib.
Təyyarə Zaqreb istiqamətində uçarkən hava şəraitinin pisləşməsi ilə əlaqədar Rejika hava limanına geri dönmək istədiyi vaxt radarlardan itib.
Xorvatiyada aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qalıqları Senj şəhəri yaxınlığında tapılıb. Təəssüf ki, pilotun həlak olduğu da təsdiqlənib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı hadisə ilə bağlı açıqlamasında deyib:
"Xorvatiyada radio əlaqəsinin kəsildiyi Meşəçilik Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəzada şəhid olan pilotumuza Allahdan rəhmət diləyirəm, ailəsinə və yaxınlarına səbir arzulayıram. Meşəçilik təşkilatımıza və millətimizə başsağlığı verirəm".

Hadisə, Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğrayaraq 20 əsgərin həlak olması ilə bağlı xəbərin ardınca baş verib və bölgədə kədər havası daha da dərinləşib.
AT-802 təyyarəsinin texniki xüsusiyyətləri
Air Tractor AT-802 modeli əvvəlcə kənd təsərrüfatı məqsədləri üçün istehsal edilsə də, son illər meşə və çöl yanğınlarının söndürülməsi üçün geniş istifadə olunur.

Təyyarə 1350-1600 at gücünə malik Pratt & Whitney PT6A mühərriki ilə təchiz olunub və 3100 litrədək su və ya yanğına davamlı maddə daşıya bilir.
Bu tip təyyarələr, xüsusilə Fire Boss variantında amfibiya (suda qalxıb-enmə) imkanına sahibdir. Üzən eniş qurğusu sayəsində göl və dənizlərdən cəmi 20-30 saniyə ərzində su yığa bilir. Bu xüsusiyyət onu dünyanın ən çevik və effektiv yüngül yanğınsöndürmə təyyarələrindən biri edir.
AT-802 həmçinin dar vadilərdə yüksək manevr qabiliyyəti ilə fərqlənir və bu da onu iri yanğınsöndürmə təyyarələrinə nisbətən aşağı hündürlüklərdə daha dəqiq manevrlər üçün ideal vasitəyə çevirir.
Natiq Səlim
KONKRET.az

Hadisə       Tarix: 14 noyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026