"Qərb post-Putin Rusiyasının həsəd aparacağı bir Ukrayna yaradacaq" - POLİTOLOQ

Zelenski bildirib ki, Rusiyaya ərazi güzəştləri olmayacaq. Krım və Donbas Ukraynanın tərkibində qalmalıdır. Ukraynanın suverenlik və ərazi bütövlüyündən heç bir güzəşt ola bilməz və olmayacaq.
Bir çoxlarının klassik müharibə və ənənəvi "qələbə" təsəvvürlərindən çıxış edərək Ukrayna dağıldı, ölkəni Suriyaya çevirdilər, Qərb Ukraynanı xərclədi kimi tezislərdən irəli gedə bilmirlər. Əvvəla bir şeyi unutmayaq ki, böyük imperiyalar, dövlətlər sahib olduqları qüdrəti qazanmaq çox böyük qurbanlar veriblər. Heç biri dövlətçilik Tanrının hədiyyəsi deyil. Yəni Ukraynada bu prosesləri görən, analiz edən çox güclü başlar var və hər halda bizim bildiklərimizdən daha çoxunu bildikləri halda bu qarşıdurmaya gediblər. Yəni böyük stavka ediblər, qalib gəlsələr mükafatı da böyük olacaq.
Hə indi isə qayıdaq ənənəvi "qələbə" anlayışına. Artıq qalib gəlmək dedikdə öz bayrağını düşmən ölkənin paytaxtına sancmaq nəzərdə tutulmur. Vyetnam ABŞ-a qalib gəlmədi, amma Birləşmiş Ştatlar Vyetnamda məğlub oldu, Əfqanıstan da Sovetlər Birliyinə qalib gəlmədi, amma SSRİ Əfqanıstandan məğlub ayrıldı. Yəni rus əsgərinin nə qədər qoşun, ordu, infrastruktur dağıtmağı və ya nə qədər ərazi işğal etməsi önəmli deyil. Vacib olan nəticədir. Əgər bir müharibənin sonunda dünyanın siyasi xəritəsi dəyişmirsə, onu başladan tərəf hər bir halda məğlubdur. Qısacası dünyanın 2-ci ordusunun 27-ci ordusu qarşısında geri çəkilməsi, danışıqlara getməsi, hətta müzakirə aparmasının özü artıq məğlubiyyətdir və onun üçün necə deyərlər sonun başlanğıcıdır.
Ukrayna bu savaşdan ərazi itirmiş məğlub və ya qalib ayrılmağından asılı olmayaraq, Qərb Ukraynada kobud desək, Rusiyanın, Belarusun və Çinin acığına unikal bir iqtisadi-siyasi model yaradacaq. Post-Putin Rusiyasının həsəd aparacağı bir Ukrayna. Vaxtilə Marşal Planı əsasında Avropanın yenidən qurulduğu kimi istəsələr Ukraynanın yanında iki dənə də Ukrayna tikərlər bir neçə ilə. Hər şey pulun başındadır. Çünki Ukraynaya dəyən 500 mlrd. dollar heç ABŞ-ı demirəm, Avropa Komissiyası üçün bir pul deyil və uzunmüddətli geosiyasi məqsədlər üçün xərc çəkmək lazımdır. Dollar ekspansiyası üçün tarixi şansdır.
Fevralın 24-də həvəslə Rusiya 48 saata Kiyevə girəcək deyənlərin məyusluğunu anlayıram. Ukrayna xalqının qəhrəmanlığı və şücaəti qarşısında Rusiyanın biabırçı hərbi kampaniyasına ad verə bilmirlər deyə klassik Suriya, Liviya müqayisəsindən başqa bir şey gəlmir ağıllarına.
Əli Məhərrəmli, politoloq
KONKRET.az

Siyasi       Tarix: 30 mart 2022
f Paylaş

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler en yeni xeberler cəbhədən canlı maraqlı xəbərlər