Qərb və Rusiya Laçın postunda müharibəyə başladı – Böyük güclərin qorxunc planları

Qərb və Rusiya Laçın postunda müharibəyə başladı – Böyük güclərin qorxunc planlarıQarabağda vəziyyət getdikcə mürəkkəbləşir. Bunun tək səbəbi budur ki, kənar müdaxilə var. Vasitəçilik edən dövlətlər əslində baiskarlıqla məşğuldurlar. İmkan vermirlər tərəflər özləri anlaşsınlar. Əmin şəkildə deyirik, əgər beynəlxalq güclər prosesə bu şəkildə mane olmasalar, Azərbaycanla Ermənistan özləri anlaşa bilər.
Rusiya və Qərb Qarabağda sülhün əldə edilməsinə yox, münaqişənin davam etməsinə çalışırlar. Onları xalqların anlaşması yox, dalaşması – yəni müharibəni davam etdirməsi maraqlandırır. Bu da Rusiya ilə kollektiv Qərbin rəqabətindən doğur. Bu fikri bir dəfə də yazmışıq, təkrar edirik: Qarabağda sülh uğrunda Qərb və Rusiya arasında müharibə gedir. Bu müharibənin altını xalqlar çəkir. Erməni cəmiyyətinin mənəvi-psixoloji xəstəliyi bu cəhdlərə münbit şərait yaradır. Normal düşünə bilsə idilər, çoxdan bu problemi həllini tapmışdı. Azərbaycanla sülh bağlayıb, gələcəyə baxardılar.
Qərb və Rusiya Laçın postunda müharibəyə başladı – Böyük güclərin qorxunc planlarıErmənilərin İrəvandan Qarabağa humanitar yardım adı altında göndərdiyi yük karvanı iki ölkə arasında münasibətləri yenidən gərginləşdirib. Bu dəfə erməniləri qızışdırıb ortaya salan Avropa İttifaqıdır (Aİ). Deməli, bölgədə gah Rusiya provokasiya edir, gah Fransa, onlar "sakitləşdikdə" dövriyyəyə İran girir. Hələ xaricdəki ayrı-ayrı qrupların maraqlarını da bura əlavə etdikdə, dəhşətli vəziyyətin yarandığını görmək olur. Bu dəfə "növbə" Avropa İttifaqınındır.
Avropa İttifaqı neytrallığını qorumağa borcludur. Çünki bu qurum üçtərəfli görüşlərə moderatorluq edir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri dəfələrlə Brüsseldə bir araya gəliblər. Sonuncu belə görüş prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında iyulun 15-də keçirilib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində keçirilən bu görüşlər sülh müqaviləsinin imzalanmasına xidmət edir. Reallıq isə başqa şeylərdən xəbər verir.
Qərb və Rusiya Laçın postunda müharibəyə başladı – Böyük güclərin qorxunc planlarıAİ-nin Ermənistandakı missiya üzvləri
Avropa İttifaqı Ermənistana "mülki müşahidə missiyası" adı altında hərbi komissarlar göndərib. Hər şey bir yana, Kanadanın Aİ-nin Ermənistandakı hərbiləşdirilmiş missiyasına qoşulması anlaşılan deyil. Bu, birbaşa Azərbaycana və onun köklü maraqlarına, hüquqlarına həqarətdir. Cənubi Qafqazdan 10 min km-dan da uzaqda yerləşən Kanadanın burda aktivləşmək istəyi xoş niyyətindən xəbər vermir.
Yaxşı olardı, Kanada Azərbaycana mina problemində dəstək versin. Ölkə ərazisinin 20 faizində milyondan artıq mina basdırılıb. Kanada təşkilatlarının bu sahədə yaxşı təcrübələri var. Minadan təmizləmə sahəsində fəaldırlar. Fəqət, Azərbaycan onların siyahısında yer almır. Əvəzində isə bu ölkə Aİ-nin hərbiləşdirilmiş missiyasına qoşulub və Ermənistana hərbi dəstək göstərir.
Qərbin riyakarlığı yanında Rusiyanın kobudluğu bizim üçün daha cəlbedici görünür. Hazırda sərhəddə gözləyən 19 TIR-ın buraxılması istiqamətində separatçılar Rusiya sülhməramlılarından dəstək gözləyirlər. Hələ ki bu gözlənti özünü doğrultmur. Rusiya hər zaman erməniləri Azərbaycana qarşı təşkilatlandıran dövlət olsa da bu dəfə fərqli mövqe tutur. Biz bunu ekofəalların Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyasında da gördük.
Qərb mövqelərini Cənubi Qafqazda Ermənistanı, separatçıları dəstəkləyərək möhkəmlədə bilməz. Bu regionun aparıcı və lider dövləti Azərbaycandır. Onun iradəsindən kənar burda heç bir qüvvə öz planını həyata keçirə bilməyəcək. Ermənilərə "hümanitar yük" gətirən TIR-ları dövlətimiz heç bir halda ərazimizə buraxmamalıdır. Burası bizim torpaqlar. 44 günlük müharibədən sonra yaranan reallığı Qərb də, Rusiya da, İran da anlamalı, qəbul etməlidir.
Globalinfo.az / konkret.az

Siyasi       Tarix: 28 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi 2026 xəbər az enson xeberler