Qərb bir sıra ölkələrə Rusiyadan kömək istəməyi niyə qadağan edir? - Lavrov detalları AÇIQLADI
"Qərb koronavirus pandemiyası zamanı bir sıra ölkələrə Rusiyadan kömək istəməyi qadağan edir".
Publika.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Qərb ölkələri pandemiyadan faydalanmağa çalışaraq, bəyənmədikləri hökumətləri cəzalandırırlar və virusun ziyan vurduğu ölkələrin Rusiyaya kömək üçün müraciət etmələrini qadağan edirlər:
"Hər kəs pandemiyaya hazır deyildi. Hətta indiki şəraitdə, qlobal çağırışın ən az bir müddət ziddiyyətləri unutmağımıza məcbur etdiyi vaxtda bu yanaşmalar meydana gəldi. Heç kəsin istəyinə qarşı çıxıla bilməz".
Nazirin fikrincə, pandemiya dünyaya humanizmin olmaması ilə bağlı bir sıra nümunələr göstərib. O, bunu "bir sıra ölkələrin və onların hakim elitalarının sağalmaz eqoizmi ilə izah edir": "Ölkəmizə qarşı geosiyasi təsiri gücləndirmək üçün humanitar və tibbi yardımdan istifadə etmək istəyi barədə absurd ittihamlar gəldi. Vəziyyətin nə qədər ağır olmasından asılı olmayaraq, əsas diplomatik normalara zidd olan və Rusiyaya tibbi, humanitar yardım müraciəti üçün alçaldıcı qadağalar tətbiq olunur. Avro-Atlantik modelin bədnam həmrəyliyi on minlərlə vətəndaşın həyatı və sağlamlığı baxımından baha başa gəlir".
Akqabay
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi