Qərbi Azərbaycan İcması: Ermənistan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməlidir

Qərbi Azərbaycan İcması: Ermənistan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməlidirBu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Ermənistanın və erməni silahlı qruplaşmalarının azərbaycanlılara qarşı törətdiyi çoxsaylı soyqırımı aktlarından biri olan 1918-ci il martın 31-də erməni-bolşevik silahlı qruplarının Bakı şəhərində azərbaycanlıları kütləvi qətliamının tarixi ilə götürülmüş bu gün bir hüzn günü olmaqla yanaşı, həm də bu cinayətləri törədənlərin hələ də cəzasız qalmasına dair bəşəriyyətə bir xatırlatmadır.
Bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərazində aparılıb və əsas məqsədi tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.
Azərbaycan xalqına qarşı soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilib və tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib. 1905-ci ildən intensivləşməyə və açıq forma almağa başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olub. Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə həyata keçirib.
Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-1952, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb və azərbaycanlılara məxsus mədəni irs tamamilə dağıdılıb.
1918-ci il martın 31-də Bakıda ifrat millətçi "Daşnaksütyun" partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliamı əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.
Ermənistan beynəlxalq öhdəliklərinə rəğmən irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, MonteMelkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi irqçi ideologiyanı dövlət səviyyəsində təşviq edir.
Biz Ermənistandan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağı tələb edirik. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir. / azxeber.com

Siyasi       Tarix: 02 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber az son xeberler azerbaycan xeber saytlari