Qərbi Azərbaycan İcması Qızıl Xaç Komitəsinə müraciət ünvanladı

Qərbi Azərbaycan İcması Qızıl Xaç Komitəsinə müraciət ünvanladı"Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırırıq".
KONKRET.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı müraciətdə yer alıb.
"Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması bir daha beynəlxalq aləmin diqqətini Ermənistanın monoetniklik və ərazi ekspansiyasına əsaslanan radikal ideoloji siyasətinin doğurduğu ağır nəticələrə yönəltmək istərdik. 1987-1991-ci illərdə Ermənistandan azərbaycanlıların hamısının qovulması, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizinin işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur siyasətin ən ağır təzahürlərindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı davam edən blokadadır. 1991-ci ildə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən avtomobil yollarını, dəmir yollarını, qaz kəmərlərini və elektrik xətlərini kəsmişdir. Hələ də davam edən bu qeyri-insani blokada muxtar respublikanın sayı yarım milyona yaxın olan əhalisinə ölçüyəgəlməz çətinliklər və iztirablar yaşatmaqdadır", – qeyd edilib.
Müraciətdə, həmçinin bildirilib: "Ermənistanın bu blokadanı tətbiq etməkdə məqsədi muxtar respublikanı ələ keçirmək idi. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısında muxtar respublikanı hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı tətbiq edib.
Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlığı ilə üzləşmişdi. Sözügedən tranzit alternativləri işə düşsə də, coğrafi və digər səbəblərə görə Ermənistandan keçən marşrut ən qısa, effektiv və sərfəli variant olaraq qalır.
Ermənistan beynəlxalq hüquqda, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bu qeyri-insani blokadanı israrla saxlamaqla, əhalinin iztirablarına açıq-aşkar etinasızlıq nümayiş etdirir, faktiki olaraq ərazi iddiasını davam etdirir və regionda vəziyyəti daha da gərginləşdirir.
Ermənistanın blokadası səbəbindən Naxçıvan sakinlərinin üzləşdiyi əzab-əziyyətlərə otuz il ərzində susqunluq nümayiş etdirən bəzi beynəlxalq dairələrin indi qəfildən Azərbaycanın Qarabağ bölgəsində əslində heç mövcud olmayan "humanitar vəziyyət"lə bağlı narahatlıqlarını səsləndirmələri çox məyusedicidir. Bu cür ayrı-seçkilik və qərəz insan haqlarını müdafiə etdiyini iddia edənlərin etibarını sarsıdır və onların ikiüzlülüyünü ortaya qoyur.
Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş öhdəliyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik.
Bundan əlavə, biz Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) Ermənistanın ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişin həyata keçirilməsini təmin etməyə çağırırıq".

Siyasi       Tarix: 15 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər