Qərbi Azərbaycan İcmasından Luis Okampoya CAVAB
Erməni diasporunun əlində oyuncağa çevrilmiş Luis Okampo Azərbaycanı "soyqırımı"nda ittiham edən növbəti qondarma hesabatla çıxış edib. Xocalı qatillərinin tutulmasına göz yaşı tökən səlibçi mentalitetli L.Okampo bunu "erməni soyqırımının tərkib hissəsi" kimi qələmə verir. O, daha doğrusu, bu cızma-qaranı onun adından yazmış şəxslər "Dağlıq Qarabağ etnik qrupu" kimi "dahiyanə elmi kəşf" edib.
KONKRET.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının L.Okamponun qondarma hesabatı ilə bağlı bəyanatında bildirilib.
"Cızma-qarada 2017-ci ildə "İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir" deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb. Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, "Nyu-York Tayms", "Vaşinqton Post" kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir", – deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.
Bəyanatda, həmçinin bildirilib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir.

Neft həftəni bu qiymətlə başladı
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib
Xaçmazdan Bakıya gələn avtobusda yanğın baş verdi
Göygöldə ər arvadını qətlə yetirib
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Azərbaycan Pakistana başsağlığı verdi
Türkiyədə silahlı atışma: ölənlər var