Qərbi Azərbaycana qayıdış REALLAŞACAQ - TƏFƏRRÜAT

Qərbi Azərbaycana qayıdış REALLAŞACAQ - TƏFƏRRÜAT"Regionda sülhə nail olmaq üçün Ermənistan reallığı qəbul etməli və mövqeyini dəyişməlidir. Amma düşmən ölkənin ritorikası sülhü təhlükə altına alır".
Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib:
Qərbi Azərbaycana qayıdış REALLAŞACAQ - TƏFƏRRÜAT"Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimallarının olduğunu bildirir. Bundan öncə isə İspaniyanın Qranada şəhərində hər hansı sənədin imzalanmayacağını demişdi. Düşüncə bundan ibarət idi ki, yay aylarından sonra Brüsseldə Aİ-nin prezidenti Şarl Mişelin moderatorluğu ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək, müqavilənin maddələri razılaşdırılacaq və oktyabrın 5-də sülh müqaviləsi imzalanacaqdır. Ən maksimal gözlənti bundan ibarət idi. Lakin Ermənistanın qeyri-konkstruktiv mövqeyi, blokada haqqında fərziyyələr, ehtimallar, miflər sülh ehtimalını aşağı saldı. Nəticədə mövqelərimiz sistemli şəkildə hər gün atəşə tutuldu. Bu isə təhlükəsizlik sisteminin nə qədər kövrək olmasından xəbər verir. Ona görə də düşünmürəm ki, ilin sonuna qədər sülh müqaviləsi ilə bağlı ortaq rəyə gəlinsin. Çünki Azərbaycanın və Ermənistanın hazırda sülh istiqamətində istəkləri olsa da, onların hüquqi bərkidilməsinə qarşı maneələr var".
Politoloq bunu belə əsaslandırır ki, ilk növbədə regionda sülhü istəməyən qüvvələr mövcuddur: "İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış edir. Rusiyanın öz maraqları var. Fransa ilə ABŞ regionda sülhə qarşı ciddi müqavimət göstərirlər. Amerikada keçirilən dinləmələr də bunu sübut edir. Vaşinqtonun dəyişkən mövqeyi ilə üz-üzəyik. ABŞ ani məqamda ermənipərəst mövqe nümayiş etdirir. Ona görə də burada sülh haqqında danışmaq arxa plana keçir. Digər tərəfdən Qərblə Rusiya arasında da sülh istiqamətində mübarizə var. Rusiya istəyir ki, mümkün sülh müqaviləsi imzalanacaqsa, Moskvada, Soçidə, Sankt-Peterburqda imzalansın. Qərbin istəyi isə Brüssel, Vaşinqton və ya hər hansı Qərb şəhərlərindən biridir. Bu, prinsipial mövqedir. Əgər sülh müqaviləsi imzalanacaqsa, Qərbi Azərbaycana qayıdış da sənədlərdə öz əksini tapmalıdır. Bu da rəsmi Bakının çox prinsipial siyasi xəttidir. Lakin ilin sonuna qədər hansısa sülh müqaviləsi imzalanmasa belə, müəyyən bir bənd üzrə, məsələn, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası istiqamətində müəyyən razılaşma əldə oluna bilər".
İ.Hüseynov hesab edir ki, bunun üçün tərəflərin konstruktiv mövqe nümayiş etdirməsi tələb olunur. Amma Ermənistanın təxribatçı hərəkətləri sülhə mane olur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 18 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı kriminal xeber beynelxalq bank mezenne son xəbərlər azərbaycanda