Qərbi azərbaycanlılara ŞAD XƏBƏR: Qayıdış belə həyata keçiriləcək

Qərbi azərbaycanlılara ŞAD XƏBƏR: Qayıdış belə həyata keçiriləcəkErmənilərin Zəngəzur və Göyçə bölgələrini mərhələli şəkildə tərk etməsi Azərbaycanın Qərbi Azərbaycana qayıdış planlarına yeni imkanlar açır. Maraqlıdır, Ermənilərin Zəngəzur və Göyçə bölgələrini tədricən tərk etməsi Azərbaycanın Qərbi Azərbaycana qayıdış planlarına hansı təsiri göstərə bilər?
Bu barədə KONKRET.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, tarixi faktlara görə, Zəngəzur və Göyçə ərazilərində minilliklər boyu azərbaycanlılar və türklər yaşayıb:
Qərbi azərbaycanlılara ŞAD XƏBƏR: Qayıdış belə həyata keçiriləcək"19-cu əsrdə Rusiya-Qacar və Rusiya-Osmanlı sazişlərindən sonra ruslar bölgəyə ermənilərin köçürülməsini təşkil etdilər. Bununla yanaşı, həmin dövrdə bölgədə yaşayan türklər, azərbaycanlılar tədricən sıxışdırılaraq öz yurdlarından çıxarıldılar. Lakin 1980-ci illərə qədər Zəngəzurda və Göyçədə azərbaycanlıların sayı kifayət qədər üstün idi".
Onun sözlərinə görə, sonrakı mərhələdə ermənilərin süni qarşıdurma yaratması, qətliamlar törətməsi nəticəsində azərbaycanlılar kütləvi şəkildə Ermənistandan didərgin düşdülər. Lakin bu gün həmin ərazilərdə bir çox kəndlər hələ də boşdur:
"Göyçə və Zəngəzurda elə kəndlər var ki, ermənilər orada məskunlaşa bilmədikləri üçün boş qalıb, hətta bir çox qədim Azərbaycan kəndləri dağıdılaraq insan üçün yararsız hala salınıb. Ermənilər də anlayırlar ki, bölgədə sabit şəkildə yaşamaq perspektivləri yoxdur, buna görə müxtəlif bəhanələrlə əraziləri tərk edirlər".
Əli Mustafa hesab edir ki, bu proses Azərbaycanın Qərbi Azərbaycana qayıdış imkanlarını daha da yaxınlaşdırır:
"Bu bölgələrdə indi də azərbaycanlıların yaşamaq haqqı var. Ermənilər tədricən əraziləri boşaltdıqca, bizim vətəndaşların qayıdışı daha da asanlaşır. Gələcəkdə Azərbaycan və Ermənistan hökumətləri arasında imzalanacaq müqavilələr də bu prosesə hüquqi zəmin yarada bilər. Dədə-baba torpaqlarına qayıtmaq istəyən kifayət qədər vətəndaşımız mövcuddur və bu, onların haqqıdır".
Siyasi şərhçinin fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması şəraitində Qərbi Azərbaycana qayıdışın reallaşması daha real görünür.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 17 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Köçəryan Trampa qarşı: Nə baş verir?

Ermənistan parlamentindəki müxalifətçi "Ermənistan" blokunun fraksiyası ABŞ-la TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına qarşı səs verəcək. KONKRET.azxəbər verir ki, b

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyini

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı maraqlı bəyanatla çıxış edərək, Azərbaycanla hələ sülh müqaviləsi imzalanmamışdan əvvəl "TRIPP" layihəsinin reallaşdırıla biləcəyin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda xeber.az maraqlı xəbərlər xeber.az son xeberler