Qərbi lərzəyə gətirən QIRICI: SSRİ-nin hələ də sirr olaraq qalan silahı - FOTOLAR
ABŞ-ın "The National Interest" (NI) dərgisi Rusiyanın hazırda "Kinjal" hipersəs raket sistemlərini daşıyan dördüncü nəsil qırıcı təyyarəsi olan "MİQ-31" haqqında ilginc məqalə yayımlayıb.
Publika.az xəbər verir ki, amerikalılar "MİQ-31"i SSRİ-nin son illərində Qərb ölkələri üçün tapmacaya çevrildiyini düşünür.
Yazıda təyyarənin tapmacaya çevrilməsinin səbəbi kimi Rusiyanın uzun sərhəd xətlərini qorumaq üçün istifadə edilən "MİQ-31"i sadəcə ölkənin ehtiyacları üçün istehsal etməsi və xaricə ixrac etməməsi göstərilib.
"MİQ-31"in "MİQ-25"in təkmilləşdirilmiş növü olduğuna diqqət çəkilən yazıda təyyarənin məxsus olduğu yeni xüsusiyyətlər də vurğulanıb. Bunlar alt yarımkürədə hədəflərin radar sistemi ilə təsbit edə bilmək, hipersəs sürətində aşağı mövqedə uça bilmək və daha təkmilləşmiş silah sistemləri ilə təchiz edilmiş olmasıdır.
Daha əvvəl "We Are The Mighty" portal "MİQ-25" (NATO kod adı Foxbat) müdafiə qırıcısının 50 il əvvəl istehsal olunmasına rəğmən, 2,8 və hətta bəzi vəziyyətlərdə 3,2 max-a çata bilən dünyanın sürətli və yüksək mövqedən uça bilən təyyarəsi olduğunu yazmışdı.
"MİQ-31"-in xüsusiyyətləri
-Yüksək mövqedən uçan təyyarə eyni zamanda son əlavələr sayında yer hədəflərinə qarşı da təsirlidir.
-Təyyarə dünyanın mexaniki olaraq ən yaxşı performansa sahib təyyarəsidir.
-Çox sürətli olmasına rəğmən, manevr qabiliyyəti var.
-NATO kod adı "Foxhound"dur.
- Uzunluğu 21,5 metrə yaxındır. Hündürlüyü 6,6 metrdir.
-Qanad açıqlığı 14 metrdir.
-Ağırlığı 41 tondur.
Zümrüd /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib