Qərbin Azərbaycana ixrac etmək istədiyi Mirzəlilər - TƏHLİL

Qərbin Azərbaycana ixrac etmək istədiyi Mirzəlilər - TƏHLİLAzərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə qarşı xarici total hücumların start götürməsi yaxın keçmişimizin acı reallıqlarındandır. Uzun illərdir ki, müstəqillik yolunda inamla irəliləyən Azərbaycan həm daxili, həm də xarici düşmən qüvvələrin hədəfinə çevrilməklə təhdidlərə, şantajlara, böhtanlara məruz qalmaqdadır. Ölkə daxilində çirkin niyyətlərini həyata keçirmək üçün bütün güclərini səfərbər edən radikal və satqın qüvvələr məqsədlərinə nail olmadıqları üçün yeni mübarizə üsulları barədə düşünərək lahiyələrində dəyişikliklər etmək zorunda qaldılar. Belə lahiyələrdən biri də, radikal müxalifətin sıralarından həyasızlığı və qeyri-insani keyfiyyətləri ilə seçilən bir qrup milli dəyərlərdən, əxlaqdan tamamilə uzaq şəxslərin qərb ölkələrinə siyasi mühacir kimi köçünə başlanıldı. Qısa zaman kəsiyində həmin şəxslər Avropanın müxtəlif şəhərlərində yerləşdirilərək müvafiq sənədlərlə təmin olundular. Adi vətəndaşların illərlə əldə edə bilmədiyi hüquqi sənədlər ağlasığmaz tezliklə belə şəxslərə təqdim olundu və "siyasi fəliyyət" adı altında maddi texniki təminat məsələləri qaydasına salındı.Beləliklə, Avropa ölkələrindəki "beyin mərkəzləri" Azərbaycana qarşı yeni cəbhə açaraq çirkin və yaramaz "siyasətlərini" həyata keçirməyə başladılar. Müxtəlif beyin mərkəzləri tərəfindən reallaşdırılan proseslər Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə qəbul olunmayaraq rədd olunsa da söyüş və böhtan kampaniyası durmadan daha da genişlənir, sadə vətəndaşlardan tutmuş hətta, Prezident də daxil olmaqla onun ailəsinə qədər uzanır. Aparılan müşahidələr, araşdırmalar və təhlillər onu deməyə əsas verir ki, fəaliyyətdə olan şəbəkənin arxasında dünya ermənilərinə bağlı olan mərkəzlər bəzi hallarda, birbaşa ermənilərin özləri dayanır.
Dediklərimizi sübuta yetirmək üçün bəzi faktlara müraciət edək və Avropada xüsusi "canfəşanlığı" ilə seçilən, Əli Kərimlinin yetişdirərək xammal şəklində Qərbə ixrac etdiyi Məhəmməd Mirzəli adlı "südəmərin siyasi fəaliyyətinə" nəzər yetirək.
Kimdir Məhəmməd Mirzəli?
Məmləkətimizin əyalətlərindən birində dünyaya göz açan körpəyə Məhəmməd adını verən valideynləri ağıllarına belə gətirməzdilər ki, gün gələcək bu körpə, nəinki müsəlman dünyasında müqəddəs hesab edilən bu ada layiq olmayacaq hətta,şeytanın belə qol qoymayacağı əməllərə imza atacaq. Azərbaycanda "şeytan yuvasının"başında duran Əli Kərimlinin toruna düşən Məhəmməd qısa zamanda o dərəcədə "püxtələşir" ki,"ağası"onu gənc yaşlarında Avropanın küçələrində sülənərək "xüsusi tapşırıqları" yerinə yetirmək üçün görəvləndirir. Az keçmir ki,Məhəmməd Avropadakı "məsləkdaşlarının" diqqətini cəlb edir.
Niyə də etməsin?
Məhəmməd qədər mənəviyyatdan, əxlaqdan,insanlıqdan kənar "növcavan" tapmaq o qədər asan məsələ deyil…. Qərbin mütərəqqi ideyalarına inteqrasiya və müstəqillik yolunda qətiyyətli mövqe göstərən gənc Azərbaycan Respublikasına qarşı təzyiq, təhdid sərgiləyən bəzi qərb dairələri üçün Məhəmməd kimilər göydəndüşmədir. Dünyanın hər yerinə səpələnmiş erməni daşnakları üçün isə, Məhəmməd "nadir tapıntıdır"… Bundan sonra Mirzəli kimi xitab edəcəyimiz bu məxluqun 44 günlük müharibə zamanı ortaya qoyduğu mövqe, onun ermənilərə xidmət etdiyinin bariz nümunəsidir. Müharibənin qızğın mərhələsində özü kimilərini internet kanallarına dəvət edərək şəhidlərimizin sayının on mini keçdiyini, müharibəni uduzduğumuzu ağzı köpüklənə-köpüklənə məhdud auditoriyasına sırımağa çalışan bu zatı qırıq deyildimi??? Bu tip feyk informasiyalara yalnız sosial şəbəkələrin erməni seqmentində və M.Mirzəli daxil olmaqla Ə.Kərimlinin Avropaya ixrac etdiyi "siyasi mühacirlərin" kanallarında rast gəlmək mümkün idi.
Maraqlıdır,deyilmi?… Ermənilərlə bu qanı pozuqları birləşdirən və bir araya gətirən görəsən hansı dəyərlərdir??? Hərbi əməliyyatların qızğın vaxtında ölkədə qarşıdurmaya və xaosa hesablanmış məlumatları tirajlamaq düşmən dəyirmanına su tökmək deyilmi?…
Uzun illərdir ki, Mirzəlilərin hədəf seçdiyi bir ünvan var, Azərbaycan və dövlət başçısı İlham Əliyev!!! Qarşısına qoyulan "tapşırıqları uğurla" yerinə yetirən Mirzəli gözlənilməz halda, Avropanın nüfuzlu hesab olunan qurumlarının birinin iclas salonunda peyda olur. İnsanlıqdan xəbəri olmayan birisi qos-qoca Avropanın mötəbər tribunasından Azərbaycanda insan haqlarının pozulmasından dəm vurur, dünyaya "demokratiya dərsi" keçməyə adət etmiş avropalılar isə ağızlarını ayıraraq bu südəmərə qulaq asıb ona əl çalırlar…
Görəsən, Avropa dövlətlərinin birisinin prezidenti və onun ailəsi barəsində nəinki KİV-də, hətta küçədə belə ağızlarını ayırıb qulaq asdıqları şəxs tərəfindən ifadə olunan söyüş və təhqirlər səslənərsə hansı hüquqi mexanizməri işə salarlar?.. Mirzəlilərə Avropanın göbəyində bu "imtiyazları" verənlər kimlərdir?..
Zatən, Avropanın qan gölünə çevrilən Ukraynaya qarşı nümayiş etdirdiyi mövqe göz önündədir. Təkcə Ukrayna nümunəsi kifayət edir ki, Avropanın hansı çürük dəyərlər üzərində bərqərar olduğunu təsəvvür edək… Mirzəlilər Ə.Kərimlinin "yetirmələri" olduqlarını hər addımbaşı büruzə verirlər. Respublikada onlarin şər ataraq təhdid etdikləri iş adamı, vəzifə mənsubu qalmayıb… Ağaları tərəfindən ayrılan pulların başına daş salan kimi, düşürlər yuxarıda adı çəkilən təbəqənin üzərinə. Söyüş, təhqir, şantaj dərhal işə düşür… Ortada bir müddət onlarla yan-yana oturan Maqsud Mahmudov nümunəsi var…
Əgər yuxarıda qeyd etdiklərimizi biz biliriksə deməli hüquq mühafizə orqanları daha çox məlumatlıdırlar. Mirzəli kimilərin qandallanaraq ölkəyə gətirilməsinin vaxtı çatmayıbmı??? Ümid edirik ki, o gün uzaqda deyil… /konkret.az

Siyasi       Tarix: 04 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları

İlham Əliyev Malavi liderini təbrik etdi

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Malavi Respublikasının milli bayramı – Müstəqilli

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunu

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntülər krminal bu gun valyuta mezenesi xeberler bugun 2026